backend

Tramp inauqurasiya üçün Vaşinqtona gedib

Tramp inauqurasiya üçün Vaşinqtona gedib

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp həyat yoldaşı Melanya ilə birlikdə prezident təyyarəsi ilə Nyu-Yorkdan Vaşinqtona gedib.

Bu barədə CNN xəbər yayıb.

Qeyd edək ki, yanvarın 20-də Vaşinqtonda ABŞ-ın 45-ci prezidenti Donald Trampın andiçmə mərasimi keçiriləcək.

Prezident təyyarəsi ənənəvi olaraq Sent Endryus hərbi bazada eniş enib. ABŞ-ın yeni seçilmiş prezidenti bu vaxtadək səfərlərini üzərində “Tramp” yazılmış təyyarə ilə həyata keçirib.(APA)