backend

“II Ağıl Oyunları” Festivalı təşkil olunacaq

“II Ağıl Oyunları” Festivalı təşkil olunacaq

Yarışda 2000-dən çox gəncin iştirakı nəzərdə tutulub.

Xəzər İntellektual Gənclər Klubu və Azərbaycan Müəllimlər İnstitutu Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə “II Ağıl Oyunları” Festivalını təşkil etməyi planlaşdırır.

qaynarxett.az xəbər verir ki, Xəzər İntellektual Gənclər Klubundan verilən məlumata görə, festivalın proqramına “Nə? Harada? Nə zaman?” və “Breyn-Rinq” intellektual oyunlar üzrə yarışlar daxildir. Festivalda 14-29 yaş arası gənclər iştirak edə bilər. Yarışda 2000-dən çox gəncin iştirakı nəzərdə tutulub.

“II Ağıl Oyunları” Festivalı iki seçim turu və final mərhələsindən ibarət olacaq. Seçim turları 20-28 iyun tarixlərində Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Qazax, İsmayıllı, Şəmkir, Naxçıvan, Şəki, Zaqatala, Salyan, Quba, Şamaxı, Lənkəran, Ağcabədi, Beyləqan və Cəlilabad şəhərlərində sinxron olaraq təşkil olunacaq.

Festivalın finalı isə 12-13 iyul tarixlərində “Kempinski Hotel Badamdar” mehmanxanasında baş tutacaq.