backend

Azərbaycan xalqına tarixi bəd xəbər

Azərbaycan xalqına tarixi bəd xəbər














Ölkə xəritədən silinir: manat “üzmür”, dollar başına oyun açır, banklar yenə stop etdi - Təcili

Azərbaycanda dollar manatın başına oyun açmaqda davam edir

Politika.Az-ın İqtisadiyyat Şöbəsinin yaydığı məlumata görə, manat rəsmi olaraq dollar qarşısında 2,7 qəpik və ya təxminən 1,5% bahalaşıb.

Son 3 hərracda dolların bahalaşması isə 3,2%-ə çatıb. Manat yenə "üzmür”, əgər belə olsaydı, son günlər dünyada ucuzlaşmaqda olan dollar manat qarşısında da ucuzlaşardı.

Sayt yazır ki, sanki Mərkəzi Bank dolların məzənnəsini 1,95-2 manata çatdırmağı və bu səviyyələrdə sabitləşdirməyi qarşısına məqsəd qoyub. Dolların 2 manatdan yuxarı səviyyələrə qalxması daha dərin sosial-iqtisadi problemlər yarada bilər.

2 manat psixoloji səviyyədir. Çoxları xeyli müddətdir dolların bu qiymətə qalxacağını deyirdilər. Növbəti gözlənlən yüksək səviyyələr 2.20 və 2.40 manatdır.

Lakin Mərkəzi Bank dolların manat qarşısında bu səviyyələrə qalxmasına müdaxilə edə bilər. Belə ki, bu il Neft Fondu Mərkəzi Banka 4,2 milyard köçürəcək ki, bu vəsait məzənnənin sabitləşdirilməsinə yönəldilə bilər.

ABŞ valytasının dünənki hərracdan sonra bahalaşması ilə banklar valyuta satışına tətbiq etdikləri limiti azaldıblar. Bu gündən bankların bəziləri ümumiyyətlə satışı dayandırıblar.

Digər banklar isə limiti dəfələrlə azaldıb. Dünən ABŞ valyutasını limitsiz satan “Bank Respublika” bu gündən dolları limitlə satır. Bakdan 5 000 dollara qədər valyuta almaq olar.

“Bank of Baku” limiti 2 dəfə azaldıb. İndi bu bank 500 dollara qədər limit tətbiq edir. “Unibank” isə limiti təxminən 3 dəfə azaldıb. Dünənə qədər 10 000 dollara qədər valyuta satan banb bu gün limiti 3 000 dollara endirib. “Bank Silk Vey” isə dollar satışını dayandırıb.

6 bank - “AFB Bank”, “Bank BTB”, “GünayBank”, “NBC Bank”, “Rabita Bank” və İran Milli Bankının Bakı ofisi dolları limitsiz satır.

Politika.Az-ın İqtisadiyyat Şöbəsinin yaydığı məlumata görə, Azərbaycan iqtisadi xəritədən silinmək təhlükəsi ilə üzləşib.

2017-ci il gəlişi ilə minlərlə iş yerinin bağlanması, inflyasiya, bahalaşma və yoxsulluq gətirir. Baş bank manat bazasını məhdudlaşdırmaqla dollara olan tələbi azaltmağa çalışacaq.

Amma neftin dünya bazar qiymətinin azalmasından bəri həyata keçirilən sərt-pul kredit siyasəti davam etməkdədir.

Baş bankir Elman Rüstəmov manatın məzənnəsinin stabilləşməsinə gətirib çıxarmamasına baxmayaraq təəssüf ki, hələlik başqa metodlardan istifadə etməyə meyilli görsənmir.

İqtidar kəmərsıxma əməliyyatını getdikcə gücləndirir. Hakimiyyət iqtisadı gedişata uyğun olaraq maksimum dərəcədə qənaətə çalışır. Dolların hər gün kursunun dəyişməsi və qalxması ilə paralel olaraq bazarlarda qiymətlər də kəllə-çarxdadır.

Ölkənin iqtisadi vəziyyəti təkcə siyasətçiləri və iş adamlarını deyil, sadə kəndlini də, ucqar dağ kəndində yaşayan insanı da narahat etməkdədir. Gəlirlər azalıb, bahalaşma gedib, dövlət və özəl sektorda ixtisarlar aparılıb.

Bu iqtisadi proses davam etməkdədir. Əgər ölkədə sürətli və kompleks islahatlar başlmasa bu dəyişikliklərdən ən çox əziyyət çəkən istehlakçılar və biznes olacaq. Belə ki, qiymətlər daha sürətlə bahalaşacaq.