backend

"Grand" Hospitalda azərbaycanlı məşhurun yaxın qohumu öldü - TƏFƏRRÜAT+FOTO

"Grand" Hospitalda azərbaycanlı məşhurun yaxın qohumu öldü - TƏFƏRRÜAT+FOTO















Vətəndaş Afaq Ələsgərova müraciət edərək qardaşı, 1980-ci il təvəllüdlü Ramin Ələsgərovun həkimlər tərəfindən öldürüldüyünü bildirib.

Ölke.az xəbər verir ki, Ələsgərova müraciətində bildirir ki, qardaşı iyunun 24-də öz ayağı ilə "Grand" Hospitala gedib:

"İyunun 24-də öz ayağı ilə İnqilab küçəsində yerləşən "Grand" Hospitala qaraciyər xəstəlikləri şöbəsinin müdiri, hepatolog Gülnarə Ağayevanın yanına müayinəyə apardıq. Sadəcə, acqarına deyildi deyə evə qayıtdı ki, növbəti gün acqarına analiz versin. Həmin gün nə etdilərsə qardaşım komaya düşdü və həyatını itirdi. Həmin Gülnarə Ağayeva xəstəni qəbul edib, özü üç günlük istirahətə yollandı. Qardaşımı isə Zaur adlı dırnağarası həkimə tapşırdı. Qardaşımı öldürdülər. Yalvarıram, kömək edin, bu hadisəni Azərbaycanda hər kəs bilsin. Biz yandıq, qoy heç kim yanmasın o vicdansız qatillərin ucbatından. "Grand" Hospital ölüm məkanıdır. Sizə güvənirəm".

Xatırladaq ki, mərhum Ramin Ələsgərov müğənni Əbdül Xalidin xalası oğludur.


"Grand" Hospitalda azərbaycanlı məşhurun yaxın qohumu öldü - TƏFƏRRÜAT+FOTO
"Grand" Hospitalda azərbaycanlı məşhurun yaxın qohumu öldü - TƏFƏRRÜAT+FOTO