backend

İŞİD sələfi alimləri də ixtilafa saldı

İŞİD sələfi alimləri də ixtilafa saldı
























Sələfi alimləri İŞİD-ə münasibətdə ixtilafa düşdülər.


qaynarxett.az Mötəbər sələfi qaynaqlara istinadən bu barədə xəbər verir. Məlumata görə cihad tərəfdarı
yazılarıyla hazırda İordanıyada mühakimə olunan məhşur sələfi mütəfəkkir Əbu Katadə əl-Fələstini 21 səhifəlik geniş həcmli yazı yazaraq İŞİD-in qurduğu xilafəti hökmsüz elan edib. Fələstini bu yazısında İraqda elan esilən xilafətin bütün müsəlmanlar adından danışmağa haqqının bulunmadığını və qəbul etdiyi qərarların ancaq özləri üçün keçərli olduğunu bildirib. “İŞİD-in müxalifləri öldürməsi, digər qrupları yox etməyə çalışması, təhdidləri onun iç üzünü göstərir”-deyən mütəfəkkir yazıda oxucularına sual verir: “Onlar digər cihad qruplarına bu qədər mərhəmətsizkən kasıblara, yoxsul və zəiflərə qarşı necə davranacaqlar?"

İŞİD tərəfdarları isə Fələstininin bu fikirlərini Əl-Qaidəylə aralarındakı problemlə izah etməyə çalışırlar. Onların fikrincə, Fələstini sələfilərin İordaniya məktəbini təmsil edir və bu məktəb İŞİD-ə qarşı olan əl-Qaidənin Suriya qanadını dəstəkləyir.
Görünən budur ki, İslam adına tökülən qanlar ən radikal sələfiləri belə narahat edir və onlar arasına ixtilaflar salır.