backend

Təcili!!! ƏHALİYƏ ŞAD XƏBƏR - Dövlət bu borcları sildi - RƏSMİ

Təcili!!! ƏHALİYƏ ŞAD XƏBƏR - Dövlət bu borcları sildi - RƏSMİ


“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti (ASC) yanvarın 1-dən məcburi köçkünlərin sayğaclarının son göstəricisini sildikdən sonra bu məsələdə bir sıra problemlər yaranıb.
İstiPress-in məlumatına görə, problem hər ay ayrılan 150 kVt.saatlıq limitdən az işlədən məcburi köçkünlərin balanslarına yığılan vəsaitin silinməsi ilə bağlıdır.
Kommunal xərcləri dövlət ödəyəcək
Burada söhbət 50, 70 və ya 100 manatdan getmir. Məcburi köçkünlər İstiPress-ə müraciət edərək bildiriblər ki, onların ən azı 500 manat vəsaiti silinib.
“Azərişıq” ASC bu məbləğləri prezident İlham Əliyevin məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında imzaladığı fərmandan sonra silib.


Fərmana görə, yuxarıda qeyd edilən şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 36 manat məbləğində vahid aylıq müavinəti müəyyən edilib.
Məcburi köçkünlər buna etiraz etmirlər, əksinə sayğacların son göstəricisi tamamilə silindikdən sonra pulun birbaşa verilməsini dəstəkləyirlər. Çünki elektrik enerjisindən qənaətlə istifadə edən məcburi köçkün ailələrinin balanslarına yığılan vəsaitin silinməsi onları narazı salıb.
Əslində narazı olmalıdırlar. Çünki elektrik enerjisini, necə deyərlər sağına-soluna sərf edən sakinin də borcu sıfırlanır, qənaətlə istifadə edənin də.
Suraxanı rayonunda yaşayan Kərimovlar ailəsi bildirdi ki, elektrik enerjisinə qənaət edərək aylıq limitdən az işlədiblər və nəticədə işıq sayğacında balanslarında 1000 manatdan çox vəsaitin qaldığı göstərilirdi.
Məcburi köçkünlər deyir ki, burada söhbət böyük məbləğlərdən gedir
“Bizim 1520 manat vəsaitimiz qalmışdı. İşığa daha çox yay aylarında qənaət edirdik ki, qışda evi isitmək üçün elektrik enerjisindən səmərəli istifadə edək. Bu qədər məbləğ az deyil. Qənaət etmişik, dövlətə xeyir vermişik. Limitdən artıqlaması ilə istifadə edənlərin də pulu silinir, bizim də”, – deyə Kərimovlar ailəsi şikayət edir.
Məcburi köçkünlər deyir ki, balanslarda qalan vəsaitin silinməsinin səbəbini izah edən yoxdur. Halbuki, onların elektrik enerji sərfiyyatı sayğacdakı son göstəriciyə uyğun hesablanırdı.
“Bizim balansımızda 740 manat vəsait qalmışdı. Qənaət edib işlətmədiyimiz limit balansımızda qalırdı. O limiti bizə dövlət ayırmışdı, işlətdik-işlətmədik, həmin 150 kVt elektrik enerjisinin haqqını “Azərişıq” ASC-ə aylıq olaraq ödəyibdir. Biz isə qənaət edərək limitdən az işlədib o məbləği balansımıza toplamışıq”, – deyə Pirverdiyevlər ailəsi İstiPress-ə bildirdi.
“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev yığılıb qalan vəsaitlərin silinməsinin səbəbini izah edərkən bildirdi ki, məcburi köçkünlərə adambaşına ayrılan 150 kVt.saat elektrik enerjisi aylıq limit idi. Onun sözlərinə görə, limit aylıq norma kimi nəzərdə tutulduğundan növbəti aya keçə bilməz.
“Məcburi köçkünlər üçün kommunal xidmətlərə görə limit ləğv olunaraq müavinətlə əvəzlənib. Dəqiq hesablama aparmaqdan ötrü “Azərişıq” ASC onların sayğacının balansının son göstəricisini 0-dan hesablayır. Biz qanuna uyğun olaraq işimizi görürük”, – deyə Tanrıverdi Mustafayev bildirdi.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elçin Qədimov isə balansa toplanan vəsaitin silinməsi ilə bağlı məlumat verməkdən boyun qaçırdı.
Məcburi köçkünlər isə bildirir ki, məsələ ilə bağlı məhkəməyə müraciət edəcəklər. Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi ilə “Azərişıq” ASC arasındakı bütün maliyyə məsələləri Hesablama palatası tərəfindən araşdırılmalıdır. Bundan sonra isə “Azərişıq” ASC-dən nə qədər elektrik enerjisi istehlak edildiyi və “Qaçqınkom”un bu enerji qarşılığında ödədiyi vəsaitin məbləği müəyyən oluna bilər.
Yeri gəlmişkən, Hesablama Palatasının ötən ilki açıqlamasında qeyd olunub ki, qaçqın və məcburi köçkünlərin müəyyən kommunal ödəmələri ilə bağlı bəzi kateqoriyalar arasında ziddiyyətlər və say fərqi var. Məsələn, məcburi köçkünlərin sayı ilə su, kanalizasiya və məişət tullantılarının daşınması xidmətləri üzrə ödəniş aparılmış say, həmçinin enerji ödəmələri sayı arasında fərq var. Belə yoxlamalar zamanı 283 min manat büdcə yeyintisi, 267 min manat isə vergidən yayınma halı aşkar olunub. Bu isə ümumilikdə təqribən yarım milyondan yuxarı vəsaitdir. Bu, bir neçə fakt üzrə olan rəqəmdir.