backend

Xameneyi Cənubi Azərbaycanda sərt bəyanatlar verdi:"ƏSL MÜHARİBƏ..."

 Xameneyi Cənubi Azərbaycanda sərt bəyanatlar verdi:"ƏSL MÜHARİBƏ..."

İranın dini lideri Əli Xameneyi bu gün fevralın 16-da Cənubi Azərbaycan əyalətinə səfəri zamanı ölkəsinə qarşı beynəlxalq təzyiqlər və hökumətin siyasəti barədə sərt bəyanatlar verib.

Virtualaz.org İran mənbələrinə istinadən xəbər verir ki, Tehranla Qərb arasında əldə edilmiş nüvə razılaşması hərbi qarşıdurma riskini aradan qaldırıb, ancaq bu razılaşma İrana qarşı real müharibəni ört-basdır etmək üçündür.

“Avropalı rəsmilər bizim nümayəndələrə bildiriblər ki, əgər nüvə razılaşması imzalanması İranla müharibə qaçılmazdır. Bu, açıq-aşkar yalandır! Nəyə görə onlar “müharibə” sözünü deyirlər? Diqqəti əsl müharibədən yayındırmaq üçün! Əsl müharibə iqtisadi mübarizə, sanksiyalar, işçi qüvvəsinin və texnologiyaların ölkədən çıxarılmasıdır. Əsl müharibə mədəni xarakter daşıyır”-Xameneyi deyib.

Dini lider prezident Həsən Ruhaninin hökumətini də tənqid edib və onu ölkədəki ağır sosial-iqtisadi vəziyyətə görə günahlandırıb. Bildirib ki, bahalıq, işsizlik, iqtisadi geriləmə İranın üzləşdiyi ciddi problemlərdir. “Bu gün düşmən ölkənin iqtisadiyyatına təsir göstərməyə cəhd edir ki, xalq problemlərlə üzləşib rejimdən üz döndərsin”-o deyib.


Qaynarxett.az