backend

2 min erməni əsgəri öldürülüb


Erməni analitik T.Akopyan cəbhədə ölən ermənilərin sayını açıqlayıb.
2 min erməni əsgəri öldürülüb
Ermənistanın Müdafiə Nazirliyi son vaxtlar, xüsusən 2016-cı ildə baş vermiş aprel müharibəsindən sonra demək olar ki, hər gün atəşkəs rejiminin pozulması nəticəsində hərbi qulluqçuların öldüyünü açıqlayır.

İstiPress-in məlumatına görə, bu barədə “ANİ” erməni araşdırmalar mərkəzinin direktoru tatul Akopyan Ermənistan ordusunun həqiqi itkiləri ilə bağlı yazdığı məqaləsində bildirib.

Ermənistanın Helsinki komitəsinin məqaləsində qeyd olunur ki, 2002-ci il ərzində Ermənistan silahlı qüvvələrinin 800 hərbçisi ölüb.

1994-ci ilin may ayından dekabr ayına qədər itki barədə məlumat yoxdur. 1995-ci ildə 324, 1996-cı ildə 260, 1997-ci ildə 217, 1998-ci ildə 196 hərçi ölüb.

Tatul Akopyanın araşdırmasına görə, 1999-cu ildə 86, Helsinki komitəsinin məlumatına görə, isə 39 hərbçi ölüb.

Erməni analitik yazır ki, 2000-ci ildən başlayaraq ölən hərbçilərin sayında azalma müşahidə edilir.

“Ermənistan ordusunda ölüm faktları 2013-cü ildə 30-32-yə qədər azalıb. 2014-cü ildən isə ölənlərin sayı artmağa başlayır. 2016-cı ildə 162 erməni hərbçi ölüb, 2017-ci ilin yanvar-fevral aylarında isə 9 hərbçi ölüb”, - T.Akopyan bildirir.

O, bildirir ki, 1994-cü ildə imzalanan Bişkek razılaşmasından bu yana 2000 min erməni hərbçisi ölüb.