backend

Müraciət

Müraciət


Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cənablarına
Sürəti: Milli Məclisin sədri Oktay Əsədov və milli məclis üzvülərinə
Cinayət Məcəlləsində və digər qanunlarda dəyiçiklik edilməsinə dair


M Ü R A C İ Ə T

Cənab Prezident-
Cənab Oktay Əsədov və milli məclisin üzvüləri!.Müstəqillik əldə etdikdən sonra AZərbaycanda cox dəyişikliklər baş verib mənfiyə doqru.Müasir dünyada internet (sosial şəbəkə) insanların şüur səviyyəsinin müsbətə doğru inkişaf etməsinə,demokratiyanın inkişafına xidmət etməsi və s.qulluq etməli,insanların azad fikir söyləməsi,cəmiyyətdə mənfı halların içtimayələşməsi və s məqsəd olmalıdı.Çox təəssüflər olsun ki,bəzi biqeyrət,namususzuz və qeyrətdən uzaq olan adamlar Fasebookdan bu və digər maraqdan(muzdlu) siyasi xadimlərə,müxalifət liderlərinə o cümlədən Dövlət məmurlarına saxta profildən dinimizə,əxlaqımıza yad söyüşlər yazılır.İstər siyasi ,istər digər mübarizə sivil formada aparılmalıdır.Son zamanlar bir hüqu müdafiəçisi kimi cəmiyyətdə olan cinayətlər,korrupsiya ,insan haqları ilə əlaqədər FS statuslar yazır,KİV -müsahibələr verirəm.Bununla əlaqədə saxta profellərdən (kişi,mərd belə hərəkt etməz.) biqeyrətlər,.anaları nəin ki,Azərbaycanda hətda Respublikadan kanarda (xüsusən Dubayda) "məşhurların " övladları " milli mentalitetdən uzaq təhqirlər yazırlar(30 yaxın belə sənədlər mənim tərəfimdən )DİN nə təqdim edilmiş,və hal hazırda araşdarma gedir(ilk müsbət nəticədə var) Səhbət tək məndən getmir,belə söyüşlər Müxalifət liderləri,siyasətcilərlə yanaşı Dövlət məmurlarınada yazılır.Nəticədə Azərbaycanda bir cəzasızlıq hökm sürür və biqeyrətlər sözün əsl mənasında Respublikada "at " oynadırlar.Məhs bunun nəticəsidi ki, vaxtı ilə Dünyada qeyrət Simvoli sayılan Azərbaycan indi dünyada bunun əksi təbliq edilir. Belə şərəfsizlərin cazasıslıqı nəticəsində Respublikada bir qarşıdurma yaranıb.Və münbüt şərait yaranan kimi belə şərəfsizlərin özlərinin də təşkilatçıların da başı kəsiləcəkBütün bunları nəzərə alaraq -Hesab edirəm ki, bu tendensiyanın qarçısını almaq məqsədilə AZ,Res.CM -nə əlavə və dəyişikliklər edilməlidi.Belə şərəfsizlər istintaq yolu ilə tapılaraq uzun müddətli cəza almaqla yanaşı,Dövlət səviyyəsində, məhkəmə hökmü ilə həmin şərəfsizlərin şəxsiyyəti təsdiq edən sənədlərində" Respublikanın şərəfsiz nümayəndəsi" qeydiyyat aparılmaqla TV -və KİV -də bu barədə məlumat verilməsi təmin edilsin.Əgər belə bir qanun qəbul edilməsə şərəfsizlər göbələk kimi günbə-gün deyil,hər dəqiqə artacaq.
Hörmətlə !
DMK İB prezidenti,sabiq vicdan məhbusu,hüquq müdafiəcisi
Vidadi İsgəndərli 20.07.2014 il Bakı şəhəri.