Sarkisyan Putinlə Qarabağın müzakirəsi üçün görüşür1 mar 2017 - 14:31912 Ermənistan prezidenti Serj Sarkisyan Rusiyaya ikigünlük işgüzar səfərə yollanır. Rusiya KİV xəbər verir ki, martın 14-də baş tutacaq səfərdə rusiyalı həmkarı Vladimir Putinlə görüşlər keçirəcək.Gündəlikdə ikitərəfli əməkdaşlıqla bağlı aktual məsələlər, həmçinin Dağlıq Qarabağdakı situasiya duracaq.Hər iki liderin görüşü ölkələr arasındakı diplomatik əlaqələrin qurulmasının 25 illiyi çərçivəsində keçiriləcək.