backend

Stalin nədən Hitlerin ölümünə sonacan inanmadı? - Faktlar

Stalin nədən Hitlerin ölümünə sonacan inanmadı? - Faktlar
Stalin nədən Hitlerin ölümünə sonacan inanmadı? - Faktlar


Dünyada heç bir lider onun qədər sirli olmayıb. Adolf Hitlerin 1945-ci ildə öz sığınacağında özünü öldürməsi rəsmən təsdiq olunsa da, ortada bitib-tükənməyən müəmmalı faktlar var. Müharibədən sonra Hitler, dedikləri olmasa Qərbi terrorla hədələyibmi? Günümüzdə baş verən terror hadisələrinin Hitlerlə nə əlaqəsi ola bilər? Bunu Glenn B. İnfield araşdırıb.

1945-ci ildə Hitlerdən çox, Martin Bormanın və yaxın qohumu General Fegeleynin ölüb-ölmədikləri daha çox maraq doğururdu. Hitlerin və ailəsinin son aylarını keçirtdiyi Berlindəki yeraltı sığınacağın tapıldığı ərazi ruslar tərəfindən işğal olunduqdan sonra ingilis və amerikalı araşdirmaçılar yalnız icazə verilən yerlərdə araşdırma apara bilərdilər. Ruslar Hitlerin və son günlərdə arvadı olan Eva Braunun kömürləşmiş meyitlərini tapdıqlarını və dişlərindən kimliklərini təyin etdiklərini elan etdilər. Ancaq rusların ortaya qoyduğu dəlillər yetərsiz idi. Bununla da Hitlerin öldüyü qəbul edilmədi. Hətta Stalin buna inanmırdı. Onun fikrincə, Hitler aradan çıxa bilmişdi və bəlkə də yaşayırdı.

İNANILMAZ FAKTLAR



Nəhayət, ilk ciddi araşdırma mayor Trevor-Roperin başçılığı ilə bir qrupa verildi. Araşdırma 1945-ci ilin sentyabr-oktyabr aylarında ingilis, fransız və ABŞ-ın işğal etdiyi ərazilərdə aparıldı.


Mayorun raportunda önəmli bir bölüm var idi. Halbuki bu bölüm sonralar yaddan çıxarılacaqdı. Müttəfiq ölkələrin araşdırmaçıları tərəfindən sorğulanan şahidlər arasında Karl Heinz Spaez adlı bir doktor inanılmaz faktlar danışmışdı. Doktor Adolf Hitlerin 1 may 1945-ci ildə sığınacaqdan çöldə yaralanaraq öldüyünü, intihar etmədiyini bildirirdi:

"Saat üç olardı. Bir nəfər gəlib Fürerin bayırda olduğunu deyincə ora getməyi qərara aldım. Orada mənim komandirim Qraf von Raiffenşteyn, leytenant Kurt Uhlik və onların yanında Fürer var idi. Qarşı küçədə tapılan bir tank baryerinə tərəf getmək istəyirdilər. Bu zaman xəbərdarlıq edildi və atəş səsləri gəldi. Qarşı küçədə ruslar var idi. Hitler nədənsə xəbərdarlığa qulaq asmadı və irəliləməyə davam etdi. Bu zaman onun vurularaq yıxıldığını öz gözlərimlə gördüm. Ətrafda SS əsgərlər var idi. Onlar atəş açaraq yaralanməş Fürerə tərəf irəlilədilər. Bir neçə dəqiqədən sonra məni səyyar xəstəxanaya çağırdılar. Hitleri ora aparmışdılar. 10 sm uzunluğunda 8-10 mm enindəki mərmi parçası köksünə batmışdı. Vəziyyətini yoxladıqda gördüm ki, ağır yaralanıb. Yara dərin idi və hər iki ciyərini deşmişdi. Sarğı çox az qalmışdı. Yarasını sarıdım. Əlimdən gələcək bir şey yox idi. Hitler dayanmadan inildəyirdi. Ağrısını azaltmaq üçün normaldan iki dəfə çox morfi vurdum və oturub gözləməyə başladıq. Yarım saatdan bir nəbzini yoxlayırdım. Saat yarımdan sonra gördüm ki, artıq nəfəs almır. Ürək döyüntüləri 3 dəqiqə davam etdi və Fürer öldü. Sonra rəhbərliyə dönərək onun öldüyünü bildirdim”.


HİTLER BİR QƏHRƏMAN KİMİ



Doktor daha sonra ifadəsində bildirirdi ki, Hitler öləndən sonra əsgərlər cəsədi götürüb apardılar və 2.5 kq partladıcı ilə Hitlerin cəsədini havaya uçurub parça-parça etdilər. Daha sonra rusların gəldiyini və yaralıların müalicəsi ilə məşğul olduğunu bildirir. Araşdırmaçılar birmənalı olaraq doktorun fikrini rədd etdilər və onun yanıldığı qənaətinə gəldilər. Onlar doktorun Adolf Hitleri bir qəhrəman kimi təsvir etdiyini, sona qədər döyüşdüyünü deməsinə inanmaq istəmirdilər. Çünki Hitlerin döyüşdə ölməsi onlara sərf etmirdi.

SS-ÇİLƏRIN SON İŞİ



Trevor-Roperin raportuna görə isə doktor Speazın dediklərinə inanmaq çətindir. Üstəlik, doktor özü də faşistdir. Bəlkə də Hitlerin qaçdığını gizlətmək üçün bu hekayəni uydurub. Hər iki halda sığınacaqda intihar etməsi, cəsədin yandırılması və yaralanaraq ölüb cəsədinin havaya uçurulması fərziyyə olaraq qaldı. Görəsən, Hitler doğurdan da qaçıbmı?


Bir versiyaya görə, SS-çilərin son işi Hitlerin imicini qorumaq idi. Hər kəs ölə bilərdi. Amma Fürerdən başqa. Çünki vaxtı gələndə yeni hərəkatın başlanılması üçün Fürerin varlığı əsas şərt idi. Dünya Adolf Hitlerin ölmədiyini bilməli və qorxmalı idi. Əslində, SS-çilər bunu bacardılar. Uzun illər boyu araşdımaçılar və mükafat uğrunda çalışanlar Hitleri axtardılar. Bu vaxt ərzində bir SS zabiti Hitlerin Me-109 qırıcı təyyarəsi ilə Berlindən İspaniyaya uçduğunun şahidi olduğunu israrla deyirdi. Araşdırmaçılar bu iddianın mümkün olub-olmayacağını ABŞ Hərbi Hava Qüvvələrindən soruşdular. Cavab isə nə “hə”, nə də “yox” oldu. Nürnberq məhkəməsində eyni sual Mussolinini bir dağın başından qaçırtmağı bacaran məşhur SS generalı Otto Skorzeniyə verildi. Hitlerin şəxsi komanda birliyinin komandiri olan Skorzeni sualı eşidincə gülümsəyərək belə cavab vermişdi:

”Bu, mümkün olmayan bir şeydir. Bizim Messersşmitt təyyarələrimiz uzaqmənzilli deyil. Bundan başqa, biz müharibəni uduzmuşduq”.

Müharibədən sonra Miami, Floridanın “Norman Stineman”, “Çikaqo Deyli Tayms” qəzetlərində belə bir yazı yazılmışdı:


“Argentina hökuməti faşistlərin köməyi ilə uzaqmənzilli raketlər hazırlayaraq Braziliya və ABŞ-ı vumağı planlaşdırır. Hitler dərin bir yeraltı bunkerdə saxlanılır. Berlində tapılan cəsədlər isə Hitler və Evanın oxşarlarıdır”.

Yazıda qeyd olunurdu ki, bu gizli yer Argentinanın paytaxtı Buenos Ayresdən 450 mil uzaqlıqda yerləşən ərazidədir.

Məktub xüsusi xidmət orqanlarına yollandı. İki ay sonra gələn cavabda FTB başçısı J.Edqar Hooverin imzası var idi:

“Hitlerin harada olduğunu göstərən daha bir məktub Orlandiyadan doktor Landovn tərəfindən bizə yollanıb. Amma sonradan 97 yaşlı doktorun ruhi xəstə olduğu aydın oldu. Nəticədə Hitlerin Argentinada olduğunu təsdiq edən hər hansı bir dəlilin tapılmadığını bildiririk”, - deyə məktubda qeyd olunurdu.

HİTLER MÜHARİBƏDƏN SONRA AMERİKANI TƏHDİD EDİB


1947-ci ilin aprelində ortaya yeni bir məktub çıxdı. Məktub Verner Eckers adlı keçmiş bir SS zabiti tərəfindən Berlinin ABŞ bölgəsinin başçısı olan General Claya xitabən yazılmışdı:



“Hitlerin sığınacaqdan qaçarkən yaralandığı doğru idi, amma ölməmişdi. Sadəcə, bir qolunu itirərək Almaniyadan qaçmağı bacarmışdı. Sonradan geri qayıdaraq gizlənmiş və kimsənin bilməməsini tapşırmışdı". Ecker həm də Hitlerin yanında olduğunu və 17 səhifəlik bir müraciəti Fürerin diktəsi ilə yazdığını bildirir. Müraciət prezident Trümana yazılmışdı və 12 maddədən ibarət idi. Müraciətdə Hitler SS birliklərinin hələ də mövcudluğunu və yeraltı terror qrupu olaraq təhlükəli olduğunu bildirərək, təkliflərinin qəbul edilməsinin zəruriliyini diqqətə çatdırmışdı. 12 maddə bunlardan ibarət idi:

1. Bütün faşist liderlərinin mühakimə olunması dayandırılmalıdır.

2. 1 aprel 1933-cü ildən bəri çalışan faşist partiyasının üzvləri və Gestapo mənsubları dərhal azad olunmalıdır.

3. Qadağan olunan ordu, polis və mühafizə alayları bərpa olunmalıdır.

4. Oder-Niesse xətti sərhəd olmayacaq və torpaq tələbləri rədd ediləcək.

5. Alman xalqının ehtiyacı olan ərzaq və digər vəsaitlər təcili verilməli, almanlar bolşeviklərə təslim olmağa məcbur edilməməlidir.

6. Keçmiş faşist qüvvələri bolşeviklərə qarşı birləşmək üçün toplanmalıdır.

7. Əsir düşərgələrində olan faşist məmurları dərhal azad olunmalıdır.

8. Faşist konsentrasiya düşərgələri yaradılması səbəbi ilə günahlandırılan faşistlər müttəfiqlər tərəfindən mühakimə olunmamalı, sivil məhkəmələrə təhvil verilməlidir.

9. Müttəfiqlərin qurduğu məhkəmələrdə yalnız Almaniyaya xəyanət edən von Papen, Şaşt və von Seydlitz kimi insanlar mühakimə edilməlidir.

10. Bütün xarici vətəndaşlar və yəhudilər dərhal Almaniyanı tərk etməlidir.

11. Başqa ölkələrdə əsir tutulan bütün alman əsgərlər dərhal azad edilməlidir.

12. Köhnə alman koloniyaları geri verilməli, həmin koloniyalara alman immiqrantlar yollanmalı və alman xalqının xaricə getməsinə məhdudiyyət qoyulmalıdır.


Hitlerin yaşadığı doğru idisə, bu təhdid təhlükəli ola bilərdi. Ağ Ev bu müraciəti aldı, amma heç bir reaksiya vermədi. Amma bu müraciət nəticəsində bir çox SS lideri sərbəst buraxıldı və ya axtarışı dayandırıldı. Hətta faşist günahkarları axtaran yəhudi təşkilatlarına belə dəstək azaldıldı. Bəlkə də bu müraciətə görə günümüzə kimi gəlib çıxmış terrorun arxasında Hitlerin çox gizli SS təşkilatı və maliyyəsi durur.


ŞAHİDLƏR NECƏ YALAN SÖYLƏDİ?


Adolf Hitlerin ölü və ya diri olması haqda mülahizələr qalın-qalın kitabları doldura bilər. 1945-ci ilin mayında rusların Strausberq düşərgəsində əsir olan alman Dr. General Valter Şreiberin dedikləri doğurdan da inandırıcı idi. O, 29 aprel 1945-ci ildə Reyxstaqın yeraltı bunkerində cərrah olub. Ruslar tərəfindən əsir alınıb düşərgəyə gətirildikdən sonra orada Hitlerin şəxsi mühafizəçisi olan Otto Günşe ilə qarşılaşıb. Günşe Hitlerin cəsədini gördüyünü və yandırılmasının ona həvalə edildiyini deyib. Şreiber Hitlerin şəxsi pilotu Hans Baur ilə danışıb. Baur Hitlerin öldüyündən əmin idi. Amma cəsədi görməmişdi. Ancaq eyni düşərgədə olan Hitlerin övladı Heinz Linge Fürer və Evanın cəsədlərinin yandırılmasına kömək etdiyini rəsmən açıqlamışdı. Şreiber bu sirri tapmaq istəyirdi. Buna görə də Lingeni öz barakına gətirməyi bacardı. Bir neçə həftədən sonra Linge danışmağa başladı. O, Fürerin və Evanın cəsədlərini heç vaxt görməmişdi. Öldüklərini söyləsə də, sadəcə xalçalara bükülmüş iki cəsədin sığınacaqdan bayıra aparıldığını görmüşdü. Xalçaların içində kimin olduğunu isə bilmirdi. Linge, Günşe və başqa bir neçə şahid 1956-cı ildə Moskvadakı Lubyanka həbsxanasından sərbəst buraxıldıqdan sonra köhnə hekayəni təkrarlamağa davam edirdilər.

1953-cü ildən sonra yayılan “Yalan maşını”nın bu barədə işlədildiyi hamıya aydındır. ABŞ mütəxəssisləri bir neçə nəfər üzərində bu testi keçirtsələr də, cavablar ictimaiyyətdən gizli saxlanıldı. Bundan əlavə, 23 il sonra 1968-ci ildə Sovet İttifaqının Hitler barədə açıqlamasının səbəbi də məlum deyil. Açıqlamada cəsədin yandırıldığı bildirilirdi. Hitlerin Berlində öldüyü, Cənubi Amerikaya qaçdığı, son günlərdə arvadı olan Eva Braunun yanında olduğu barədə konkret nə dəlil, nə də sübüt var idi, çünki ortada cəsəd də, məzar da yoxdu.

Bu sirr həmişəlik sirr olaraq qalacaq. Qaçdığı, ya da öldüyü heç vaxt aydınlaşmayacaqdı. Həqiqəti yalnız keçmiş SS-çilər bilirdi və onlar heç vaxt bu həqiqəti açıb demədilər. Bir, ya da ikisi xaric, hazırda hamısı ölüb. Bütün zamanların ən sirli lideri Adolf Hitler yaşasa belə, artıq bu gün yüz yaşı keçmiş olardı. Deməli, o, artıq yaşamır. Bəlkə də iddialar doğrudur. Bəlkə də 1990-cı illərdə Qərbə qarşı yürüdülən terror hadisələrinin arxasında Hitlerin və ya sadiq SS-çilərin intiqamı dururdu? Ola bilərmi?

Yenə də hər şeyin zamana ehtiyacı var…



Stalin nədən Hitlerin ölümünə sonacan inanmadı? - Faktlar
Stalin nədən Hitlerin ölümünə sonacan inanmadı? - Faktlar