backend

Ərdoğan Putindən tələb etdi: “Buna son qoyun!”

Ərdoğan Putindən tələb etdi: “Buna son qoyun!”

“PKK terror təşkilatının Suriya qolu olan PYD-nin Moskvadakı fəaliyyətinə son qoyulmasını gözləyirik”.
Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Moskvada keçirilən Türkiyə-Rusiya Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasının açılışında deyib.
“Terrorla mübarizədə birlikdə hərəkət etməyimiz böyük əhəmiyyət daşıyır. Suriyada İŞİD-ə qarşı sərgilədiyimiz davranış digər terror təşkilatlarına qarşı da nümayiş etdirilməlidir. Bu baxımdan PKK terror təşkilatının Suriya qolu olan PYD-nin Moskvadakı fəaliyyətinə son qoyulmasını xüsusilə gözləyirik”, - deyə Türkiyə prezidenti bildirib
.