backend

Bakıda ərəb turistlərə qız çağırmaq üçün yeni eskort xidmətləri açıldı: "Bir zəngə iki qız qapıya gəlir" (FOTOFAKT)

Bakıda ərəb turistlərə qız çağırmaq üçün yeni eskort xidmətləri açıldı: "Bir zəngə iki qız qapıya gəlir" (FOTOFAKT)

Son aylar Bakıda artan ərəb turistlərin şəhərimiz haqqında təəssüratları müxtəlif xarici saytların forumlarında müzakirə edilir.

Bu cür saytlarda paytaxt Bakının görməli və gəzməli yerləri haqqında yazan turistlər şəhərimizdəki eskort xidmətlərindən də bir xeyli razılıq edirlər. Maraqlı olan məqam isə bu insan alverinin böyük hissəsinin paytaxt Bakının mərkəzi küçəsi olan - Nizami küçəsində olmasıdır.

Bəs ərəb turistlər ən çox eskort qızlarla harada tanış olurlar?

Bu sualla bağlı kiçik bir araşdırma aparıb. Məlum olub ki, bəzi zəngin ərəb turistlər qaldıqları otellərin əməkdaşlarına müraciət edərək özlərinə eskort qızlar çağıra bilirlər. Onların bəziləri isə Bakıya gəlmədən öncə artıq bir yerli qızlarla tanış olmaq imkanına sahib olurlar. Belə ki, hazırda dünya üzrə reytinqli eskort saytlarında paytaxt Bakıda yaşayan və xüsusilə də ərəb kişilərlə görüşmək istədiyini elan edən kifayət qədər xanımlara rast gəlmək mümkündür.

Bu saytlarda isə qiymətlər kifayət qədər yüksək qoyulur. Taksi pulu ayrıca alınmaqla bir neçə saatlıq intim xidmətin 200 dollardan başladığı qeyd edilib.

Araşdırma nəticəsində internet üzərindən Bakıda iki məşhur eskort şirkətinin olduğu məlum olub. Mərkəzi Rusiyada yerləşən və Kiyev, Tiflis kimi şəhərlərdə eskord xidməti həyata keçirən "Vodka Eskord"un Bakı nümayəndiliyinə olan tələb heç də digər şəhərlərdən geri qalmırmış. Bu xidmətdə qızlar öz şəkillərini və adlarını yerləşdirməsələr də, müştərilər "whatsapp" və ya "Viber" vasitəsi ilə şirkətlə əlaqə saxlayıb istədikləri kimi xanımlar sifariş edə bilirlər. Mərkəz ümumi sistem vasitəsi ilə Bakıda olan əməkdaşlarına məlumat ötürüb onları yönləndirir. Şirkətin əlaqə nömrələrində yazılır : "For quick booking contact us: +38091-900-5-900 (sms, whatsApp, Viber)"