backend

Süleyman Mikayılovun danılmaz uğurları və Qaradağın bu günü

Süleyman Mikayılovun danılmaz uğurları və Qaradağın bu günü

Vəzifəyə təyin olunan şəxsin ilk növbədə idarəçilik qabiliyyəti olmalıdır. Hər bir dövlət məmuru ilk növbədə ölkə prezidentinin etimadını doğrultmalıdır. Daim ulu öndər Heydər Əliyevin siyasi kursuna sadiq olmalıdır. İcra Hakimiyyətinin başçıları yerlərdə prezidentin nümayəndəsi sayılırlar. Əgər İcra Hakimiyyətinin başçısı prezidentin siyasətini doğru yerinə yetirərsə, xalq da onu sevəcək. Ona görə də yerlərdə olan rəhbər işçilər məsuliyyətlərini anlamlıdırlar və hər kəs öz yerində müəyyən mənada prezident İlham Əliyev olmağı bacarmalıdır. Belə olduğu halda xalqla ölkə rəhbərliyi arasında hər zaman isti münasibətlər yaranar. Çünki icra başçılarını prezident vəzifəyə ona görə təyin edib ki, onun etimadını doğrulda, xalqa xidmət edə, insanların problemləri ilə məşğul ola.

Bütün bunların hamısını Süleyman Mikayılovda görən cənab Prezident İlham Əliyev sərəncam imzalayaraq onu Qaradag rayonuna rəhbər təyin edib.

...Uzaqdan, lap uzaqlardan baxanda əvvəlcə göylərdə dalğalanan bayraq görünür. Ay-ulduzlu, üç rəngli Azərbaycan Bayrağı! Yolun hansı istiqamətdən olur-olsun, Qaradag rayonuna yaxınlaşdığını beləcə görüb rahatlanırsan. Yol boyunca müasir tikililər, sosial obyektlər, rahat yollar, səliqəli küçələr... Yolun bu yerlərdən çoxdan düşməyibsə çaşıb qalırsan.

Rayonda əhəmiyyətli infrastruktur və sosial layihələr həyata keçirilib, geniş abadlıq-quruculuq işləri davam etdirilib

Son illər Azərbaycan iqtisadiyyatının güclənməsi, eyni zamanda ölkə başçısının respublikanın hər bir ərazisinin abadlaşmasına yaxından göstərdiyi diqqət və qayğının nəticəsidir ki, Qaradag rayonu da ilbəil gözəlləşir, sürətlə inkişaf edir. Rayon ərazisindəki küçə və xiyabanların yenidən qurulması, yeni istirahət parklarının salınması, müasir tələblərə cavab verən inzibati binalar, təhsil, səhiyyə müəssisələrinin inşa edilməsi bunun bariz sübutudur. Qeyd edək ki, mədəniyyət obyektlərinin yeniləşdirilməsi də xüsusi diqqətdə saxlanılır, gənc nəslin sağlam böyüməsini təmin etmək və bu sahəyə marağı artırmaq məqsədi ilə rayon ərazisində hər cür şəraiti olan idman mərkəzi də yaradılıb.

Görünən odur ki, rayon rəhbərliyi qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün işgüzar mühitin formalaşmasına nail olub. Belə ki, Süleyman Mikayılov Qaradag Rayon İcra Hakimiyyətinin başçısı təyin edildikdən sonra bu rayonda sözün həqiqi mənasında bir sıçrayış, tərəqqi hiss olunmağa başladı. Elə ilk gündən rayonda böyük abadlıq, quruculuq işlərinə start verildi. Yollar genişləndirildi, gözəl binaların tikintisinə başlanıldı. Bu hələ görülən işlərin ilk mərhələsi idi. Qaradagda da yeni iş yerləri açılır, əhalinin məşğulluq səviyyəsi, sosial rifahı artır. Qaradag rayonuna kimin yolu düşürsə, sözün əsl mənasında, burada gördüklərinə heyran olur. Çünki rayon mərkəzi gündən-günə dəyişilir. Burada yeni istirahət mərkəzləri yaradılır, müasir memarlıq üslubunda tikilmiş binalar göz oxşayır. İnfrastuktur yenilənir, əhalinin məişət şəraiti yaxşılaşır, mavi yanacaq, içməli su, elektrik enerjisi sarıdan əvvəllər mövcud olan problemlər sürətlə aradan qaldırılır. Beləliklə, ölkəmizin iqtisadi qüdrətinin artması, Azərbaycanın hər bir yerində müşahidə olunan davamlı inkişaf Kürdəmir rayonunda da aydın hiss olunur.

Beləliklə, rayon sakinləri də bildirirlər ki, Qaradagın Azərbaycanın ən gözəl şəhərlərindən birinə çevrilməsində icra başçısı Süleyman Mikayılovun əməyi böyükdür. O, rayonda aparılan abadlıq-quruculuq işlərini özünün xüsusi diqqət mərkəzində saxlayır. Məhz buna görə də ölkə başçısının tapşırığı ilə Qaradagda həyata keçirilən infrastruktur layihələrin yeni mərhələsi başlayıb. Bu mərhələdə çoxmərtəbəli yaşayış evləri, park və xiyabanlar yenidən qurulur, yollar təmir edilib asfaltlanır.

Xülasə, ölkə başçısının tapşırıqlarına dərhal əməl edən və bu zaman nöqsana yol verməyən, üzərinə düşən işin məsuliyyətini dərk edən Süleyman Mikayılovun gərgin əməyi nəticəsində bu gün Qaradag rayonu sürətli inkişaf baxımından digər rayonlardan heç də geri qalmır. Son illər ərzində rayonda həm təhsil, həm səhiyyə, həm iqtisadiyyat, həm də digər sahələr üzrə ciddi nailiyyətlərə imzanın atılması bunun bariz sübutudur. Bütün bunlar həmçinin, onu göstərir ki, inamla gələcəyə, tərəqqiyə doğru irəliləyən Qaradag rayonu regionun mərkəzinə çevrilməkdədir.

Qaynarxett.az