backend

Çavuşoğludan Avropada müharibə anonsu

Çavuşoğludan Avropada müharibə anonsu

Avropada, tezliklə, müqəddəs müharibələr başlayacaq.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu söyləyib.

“Əgər siz partiyaların əksəriyyətinə baxsanız, o zaman sosial-demokratlarla faşist Gert Vilders arasında heç bir fərq görməzsiniz. Hər kəsin düşüncə tərzi eynidir. Siz hara gedirsiniz? Siz Avropanı hara aparırsınız? Siz Avropanı uçuruma itəliyirsiniz. Tezliklə, orada müqəddəs müharibələr başlayacaq”, – deyə o bildirib.