backend

Beş rayonunda qaz təchizatı məhdudlaşdırılıb

Beş rayonunda qaz təchizatı məhdudlaşdırılıb

Təmir-quraşdırma işləri aparılır.

Bu gün Azərbaycanınn bir neçə rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

qaynarxett.az APA-Economics-ə istinadən xəbər verir ki, “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, qaz təchizatı şəbəkəsində təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədar saat 11:00-dan 18:00-dək Samux və Lənkəran rayonlarının bir hissəsinə, həmçinin saat 16:00-dək Göyçay rayonunun Qarayazı və Qaraməryəm kəndlərinə, saat 18:00-dək Şamaxı rayonunun Qurdtəpə, Meysəri və Muğanlı kəndlərinə, Ağsu rayonunun isə Dilman və Xatman kəndlərinə təbii qazın verilişində məhdudiyyətlər olacaq.