backend

1 milyon insan bu gün mitinqə çıxacaq - İslahat tələbi ilə

1 milyon insan bu gün mitinqə çıxacaq - İslahat tələbi ilə










1 milyon insan islahat tələbi ilə küçələrə çıxacaq.

Aztb.info cebhe.info-ya istinadən xəbər verir ki, 1 milyon iştirakçısı olacağı təxmin edilən mitinq İraqın paytaxtı Bağdadda keçiriləcək.

Mitinqə Müktəda əs- Sədrin də qatılacağı gözlənilir və bu, içtirakçı sayını artıracaq.

İraq Kürd Muxtariyyatının rəhbəri Bərzaniyə yaxınlığı ilə tanınan “Rudaw”ın xəbərinə görə, mitinqdə 1 miyondan çox insan iştirak edəcək və islahat çağırışı səsləndirəcək.

Sədr Hərəkatı tərəfindən keçiriləcək aksiyalarla əlaqədar olaraq “Təhrir” Meydanının adının “İslahat” Meydanı qoyulduğu da yayılan xəbərlər arasındadır.

Qeyd edək ki, artıq 2 ilə yaxındır hər cümə günü Sədr tərəfdarları islahat çağırışı ilə mitinq keçirir. Hər dəfə tələblərə yeniləri əlavə edilir. Bu dəfə isə mitinqə 1 milyon insanın çıxacağı güman olunur.