backend

ermeni

Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Ə.Əhmədzadənin oğlu Cuma Əhmədzadənin büdcədən meliorasiya və su təsərrüfatına ayrılan milyonların bir sıra saxta MMC-lər vasitəsi ilə yuduğunu eşitmişdik. Onlar bu əməliyyatlar zamanı erməni əsilli qohumlarını da unutmayaraq onlara da bu yağlı büdcə tikəsindən pay ayırırlar.
Bizimxeber.az-ın internet ünvanına maraqlı məlumat daxil olub.
Belə ki, sənəddə 04.aprel 2011-ci ildə qeydiyyatdan keçmiş nizamnamə kapitalı cəmi 100 azn olan “PROYEKT” Məhdud Məsuliyyətli Cəmiyyətin təsisçiləri arasında Umarov Nadir Osman oğlu və Əhmədzad Cuma Əhməd oğlu olduğu görsənir. Əhmədzadə Cuma Əhməd oğlu adından da görsəndiyi kimi Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Ə.Əhmədzadənin oğludur. Milyonların yuyulduğu MMC-nin digər təsisçisinin kim olduğu isə hamıya maraqlı olduğu üçün araşdırma apararaq aşkar etdik ki, 1955 ci il təvəllüdlü Umarov Nadir Osman oğlu Əhməd Əhmədzadənin həyat yoldaşının dayısı oğludur. Maraqlısı isə odur ki, bu Umarov Nadirin öz həyat yoldaşı isə erməni milliyətinə məxsus 1989-cu ildə adını dəyişərək Fəridə olmuş Firadır. Maraqlısı isə odur ki, bu Fira bütün köhnə sənədlərini saxtalaşdıraraq özünü Azərbaycanlıkimi qələmə versə də kiminsə onun izinə düşəcəyindən ehtiyatlanaraq yoldaşı ilə eyni evə pasport qeydiyatına da düşməmişdir. Əhmədzadələr bu erməni xanımın 1988-ci il hadisələri zamanı avropaya qaçaraq sığınacaq almış bacısının da İsveçrə vətəndaşlığından istifadə edərək avropada da bir neçə müxtəlif adlı firmalar açmışlar ki, bununla da həm özləri yararlanmış həmçinin də Azərbaycanın dövlət büdcəsinin qaymağını erməni əsillilərə yedirtmişdilər. Umarov Nadirin özü və ailə üzvləri həmçinin ASC-nin ölü canları sırasındadır.İşləməsələr də əmək haqqı alırlar.

Prostati tam mualicesi!

***
Redaksiyanın elektron ünvanına göndərilən ittihamlara ravab olaraq Umarov Nadir Osman oğlu Bizimxeber.az-a bildirib ki, o, 1957-ci il təvəllüdlüdlüdür və Qax rayonunda anadan olub: “1980-cı ildə Ali məktəbi bitirmişəm və 1982-ci ildən Meliorasiya sistemində işləyirəm. Həyat yoldaşım Abdullayeva Fəridə Fərrux qızı ilə 1984 – cü ildə ailə qurmuşuq. Hal hazırda birgə Suraxanı rayonunda eyni ünvanda qeydiyyatdayıq və həmin ünvanda yaşayırıq. Abdullayeva Fəridə Fərrux qızı 1957-ci ildə Qax rayonunda anadan olub və azərbaycanlıdır. 1980-cı ildə Ali təhsil alaraq memar işləmişdir. Atası Abdullayev Fərrux Soltan oğlu 1923-cü ildə Qax rayonunda anadan olub və azərbaycanlıdır. Böyük Vətən müharibəsi iştirakçısı olub və ömrünün sonunadək Qax rayonunda baş həkim işləmişdir.
Anası Qaragözova Bahar Hacıbaba qızı 1925-ci ildə Şəki şəhərində anadan olub və azərbaycanlıdır. Ömrünün sonuna qədər Qax rayonunda həkim işləmişdir”.
N. Umarov əlavə edib ki, dünyasını dəyişmiş və bütün həyatları boyu azərbaycan xalqına xidmət eləyən insanlar haqqında belə məlumatları yayanlar öz nəslini araşdırsın və özünün ölü canlılar siyahısında olduğunu bilsin. O bir daha bəyan edib ki, həyat yoldaşı Abdullayeva Fəridənin bacısı 1988-ci ildə yox, 2002-ci ildə öz ailəsi ilə birlikdə xaricə köçüb və həyat yoldaşı azərbaycanlıdır.