backend

Qızına toy edən Bakı sakininin boğazını kəsdilər

Qızına toy edən Bakı sakininin boğazını kəsdilər

Fakt bağlı araşdırma davam edir.

Bu gün səhər Bakı şəhərinin Nizami rayon sakini 50 yaşlı Fizuli İskəndərovun boğazını kəsiblər.

qaynarxett.az Vesti.Az-a istinadən xəbər verir ki, Nizami rayon polis idarəsində bldiriblər ki, qətl 24-cü polis bölməsinin ərazisində baş verib. Cinayətin qurbanı 1964-cü il təvəllüdlü İskəndərov Fizuli Haqverdi oğlu olub.

Məlumdur ki, qatil İskəndərovu qarajın yanında gözləyirmiş. İskəndərov ora yaxınlaşarkən qatil ona bir neçə bıçaq zərbəsi vurub və boğazını kəsib. Sonra isə cinayətkar İskəndərovun çıxdığı mənzilə qaçıb. Bütün bunları binanın sakinlərindən biri görüb. Onun sözlərinə görə qatil görünüşə görə 20-25 yaşlarında gənc olub.

Hal-hazırda hadisə yerində istintaq-əməliyyat qrupu çalışır. Cinayətkarın kimliyi müəyyən edilməyib.

Polis idarəsində həmçinin bildiriblər ki, avqust ayının 29-da İskəndərov qızına toy edib. İstintaq ehtimal edir ki, cinayətkarların İskəndərovun qızının toyundan sonra külli miqdarda pul yığıldığını təxmin ediblər, məhz buna görə də cavan oğlan cinayətə əl atıb.

Fakt bağlı araşdırma davam edir.