backend

Cəbhədə son dəqiqə: DÜŞMƏN TƏRTƏRƏ HÜCUM EDİR!!!

Cəbhədə son dəqiqə: DÜŞMƏN TƏRTƏRƏ HÜCUM EDİR!!!

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhədə vəziyyəti yenidən gərginləşdirməyə cəhd edir.
Müdafiə Nazirliyindən Publika.az-a verilən məlumata görə, aprelin 6-da günorta saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri 60 millimetrlik minaatanlardan istifadə etməklə Tərtər rayonunun Qapanlı kəndini atəşə tutub. Atəş nəticəsində mülki əhalinin şəxsi təsərrüfatına ziyan dəyib.
Silahlı Qüvvələrimizin bölmələri tərəfindən dərhal həyata keçirilən cavab tədbirləri nəticəsində düşmən susdurulub, itki yoxdur.