backend

TƏCİLİ: Azərbaycan hərbçisi qərargaha toplaşan erməni zabitlərini məhv edib

TƏCİLİ: Azərbaycan hərbçisi qərargaha toplaşan erməni zabitlərini məhv edib

Erməni qərargahını darmadağın edən zabitimiz: "Ana, mənim uşaqlarla işim olmaz. Mən erməni qərargahını məhv etmişəm, hamısı zabitlərdir".

İradə Cəlil, Sputnik Azərbaycan BAKI, 4 apr — Sputnik. Deyirlər, şəhidlik ölümün ən yüksək pilləsidir. Səndən sonra bu dünyada adın qalır, əməllərin xatırlanır. Eyni zamanda, valideynlərinin, həyat yoldaşının, balalarının ürəyində dağ olursan… Ötən ilin aprel döyüşləri Azərbaycan tarixinin şanlı səhifəsinə çevrildi. O şərəfli tarixi yazanlardan biri də şəhid kapitan İnqilab Quliyevdir. Bacısı Lamiyə Quliyevanın dediyinə görə, İnqilab 1983-cü il aprelin 13-də Tərtər rayonunda dünyaya göz açıb, uşaqlığı da Tərtərdə keçib.

TƏCİLİ: Azərbaycan hərbçisi qərargaha toplaşan erməni zabitlərini məhv edib

O, 3 bacının tək qardaşı olub: "Biz əslən Kəlbəcər rayonundanıq. Amma anamız tərtərlidir. Bizim uşaqlığımız Tərtərdə keçib. İnqilab da Tərtəri çox sevirdi. Atam əvvəllər Kəlbəcərdə məktəb direktoru, anam kitabxanaçı idi. Biz həmin vaxt Kəlbəcərdə təhsil alırdıq. Mən 4-cü, İnqilab birinci sinifdə oxuyanda — 1990-cı ildə Beyləqana köçdük. Yay tətilində məktəb bağlanan kimi İnqilab Tərtərə gedər, 3 ay orda qalardı".

TƏCİLİ: Azərbaycan hərbçisi qərargaha toplaşan erməni zabitlərini məhv edib

İnqilab öz arzusu ilə hərbçi olub. Bacısının danışdığına görə, qardaşı 8-ci sinifdə oxuyanda məktəbə hərbi komissarlıqdan nümayəndələr gəlir. Onlar Cəmşid Naxçıvanski adına hərbi liseyə qeydiyyat üçün oğlan uşaqlarını siyahıya alırmışlar. İnqilab da valideynlərinin xəbəri olmadan adını həmin siyahıya yazdırır.

TƏCİLİ: Azərbaycan hərbçisi qərargaha toplaşan erməni zabitlərini məhv edib

"Dərsdən sonra evə gəldi. Dedi ki, "ay ana, məktəbdə elə bir şey eləmişəm ki, bilsən, məni öldürəcəksən". Anam dedi, "ay bala, sən bu günə kimi mənim başımı aşağı edən heç nə etməmisən, nə iş görmüsən ki, belə qorxursan?" Anam İnqilabın qərarını öyrənəndə belə reaksiya verdi: "Burada qorxulu nə var ki? Mənim 7 oğlum olsa, 7-si də Vətənə qurbandır, yolun açıq olsun". İnqilab bu xeyir-duadan çox sevinmişdi" — deyir L. Quliyeva. İnqilab Cəmşid Naxçıvanski adına hərbi liseyə imtahan verir və qəbul olunur. Lamiyə xanım deyir ki, İnqilab hər dəfə evə gələndə mütləq tərifnamə ilə gəlib. Hərbi liseyi bitirdikdən sonra Hərbi Akademiyaya daxil olur. Hərbi Akademiyada da nümunəvi tələbə kimi ad çıxarır. Akademiyanı bitirəndə onu müəllim kimi saxlamaq istəslər də, o, razılaşmır və Qazax rayonuna təyinat alır. Bacısı İnqilabın Qazaxa da öz seçimi əsasında təyinat aldığını qeyd edir: "Deyirdi ki, buradan ermənilər daha yaxındır. İnqilab nümunəvi zabit idi. Orduda qüsursuz xidmətlərinə görə, Milli Ordunun yaranmasının 95 illiyində medallar almışdı. İnqilabın 3 medalı var idi. O, qüsursuz hərbçi olduğuna görə, Türkiyəyə kurs keçməyə göndərilir. Ölümündən sonra isə Prezidentin fərmanı ilə "İgidliyə görə" medalı ilə təltif olundu".


TƏCİLİ: Azərbaycan hərbçisi qərargaha toplaşan erməni zabitlərini məhv edib

"4 Aprel" sənədli filminin posteri "Onunla sonuncu dəfə ötən ilin Novruz bayramında görüşdük. İnqilabın rütbəsi kapitan olsa da, işini yaxşı bildiyi üçün onu baş qərargah rəisi qoymuşdular. Biz də müharibənin başladığını aprelin 1-də bildik. Anam dedi ki, "mən dözə bilmirəm, gedəcəyəm Tərtərə". Onu nə qədər saxlamaq istəsək də, razılaşmadı və getdi. Anam dedi ki, "Mən balamı qorumağa gedirəm. Mən ana nəfəsi ilə balamı qoruyacağam. Balam o atəşin altında olsun, mən burda rahat oturum?" Anam getdi və İnqilab şəhid olana kimi Tərtərdə qaldı. Amma anam balasını qoruya bilmədi. Aprelin 4-ü şəhid olduğu xəbərini aldıq" — L. Quliyeva danışır. İnqilab Quliyev 2011-ci ilin noyabr ayında ailə qurub. "Adı Lalədir gəlnimizin. Çox gözəl qızdır, məsumdur. O qızın başına bu hadisə gəlməməli idi. İki oğul övladı var İnqilabın. Böyüyü Hüseynin 4, kiçiyi Əyyamın 3 yaşı var. Biz İnqilabı evləndirə bilmirdik. 28 yaşı olanda gəlib dedi ki, "ana, evlənmək vaxtıdır, kimi istəyirsən, al". Anam bacımın sinif yoldaşı Laləni məsləhət gördü, qardaşım bəyəndi. Evləndi. Hal-hazırda Lalənin 23 yaşı var" — deyir Lamiyə. "İnqilab Madağızda yerləşən erməni qərargahının altını-üstünə çevirmişdi. Oradan bir erməni də sağ çıxmamışdı. Həmin qərargahı vuranda anama zəng edib demişdi ki, "ana, mənim uşaq-muşaqla işim olmaz, mən əsgər öldürmürəm, erməni qərargahını məhv etmişəm, hamısı zabitlərdir"" — şəhid bacısı keçmişi xatırlayır.

TƏCİLİ: Azərbaycan hərbçisi qərargaha toplaşan erməni zabitlərini məhv edib

Daha sonra başqa bir hadisəni danışır: "Bir dəfə də bizim zabit və əsgər heyətimiz Talışda mühasirədə qalıbmış. Bir yol qalıbmış əsgərlərimizin çıxması üçün. Həmin yolu da erməni topçuları atəşə tuturmuş ki, əsgərlərimiz çıxa bilməsinlər. İnqilab 3 gün həmin topçularla döyüşüb. Birini vurmuşdu, ikincisini vura bilmirmiş. Anama deyirmiş ki, "ay ana, bunlar muzdlulardır, ermənilər belə döyüşmür". Üçüncü gün sevincək zəng elədi ki, "ana, ikinci topçunu da vurdum, uşaqlarımızı müharisədən çıxardım". İnqilab dəfələrlə ermənilər üçün göndərilən canlı və silah-sursat yardımını elə yoldaca məhv etmişdi".


TƏCİLİ: Azərbaycan hərbçisi qərargaha toplaşan erməni zabitlərini məhv edib

İnqilabın şəhidlik xəbərini əvvəlcə uşaqlarından gizlədirlər. Nəhayət bir böyük oğlu nənəsindən niyə atasının evə gəlmədiyini soruşur. Onların arasında belə bir dialoq yaşanır:
— Atan gəlməyəcək, şəhid olub.
— Nənə, "şəhid olmaq" nə deməkdir?
— Balam, atanı ermənilər vurub, o, artıq qəhrəmandır…



Qaynarxett.az