backend

Dərs ili yaxınlaşdığı üçün məktəbli formalarına tələbat artır

Dərs ili yaxınlaşdığı üçün məktəbli formalarına tələbat artır

Bəzi valideynlərsə, qiymətlər tam əl verməsə də, övladlarına məktəbli forması almağa məcbur olduqlarını deyirdilər.

Dərs ilinin başlanmasına nə az, nə çox düz 12 gün qalıb. Artıq məktəbli formalarının satıldığı dükanlarda sıxlıq yaşanır.

qaynarxett.az ANS TV-yə istinadən xəbər verir ki, gün ərzində xüsusilə “Bakı Tikiş Evi”ndə qarşılaşdığımız mənzərə bunu deməyə əsas verirdi.

Paytaxtdakı əksər orta məktəbləri xüsusi formalarla təmin edən müəsissədə ağız deyəni qulaq eşitmirdi.

Kimi övladına ilk dəfədir ki, məktəbli forması alır, kimi də vaxtı ilə aldığı formanın ehtiyac olan hissələrini. Qiymət, keyfiyyəti vacib bilən valideynlər arasında formalardan razılıq edənlər də vardı, etməyənlər də.

Bəzi valideynlərsə, qiymətlər tam əl verməsə də, övladlarına məktəbli forması almağa məcbur olduqlarını deyirdilər.

Hazırda bir çox ticarət mərkəzlərində onların loqo və adlarından istifadə edərək vətəndaşlara saxta məktəbli formaları satan işbazlara qarşı mübarizə apardıqlarını deyən müəssisənin satış şöbəsinin müdiri Etibar Əzimov gücləndirilmiş iş rejiminə keçdiklərini də vurğulayaraq onu da əlavə etdi ki, müəssisədə 4 ölçüdə formalar satılır bu da valideynlər üçün geniş seçim deməkdir. O ki, qaldı qiymətlərə.

Hər halda yeni tədris ilinə az vaxt qaldı, qiymət münasib olsa da, olmasa da hər bir şagirdin məktəbli forması geyməsi mütləqdir.