backend

Baş redaktorun nə üstə həbs olunduğu barədə dəqiq məlumat yoxdur.

Baş redaktorun nə üstə həbs olunduğu barədə dəqiq məlumat yoxdur.

Cavid Ələsgəroğlu DİN-nin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində saxlanılır

Keçən sayımızda bildirmişdik ki, “7gun.az”-ın rəhbəri hüquq, müdafiəçisi Cavid Ələsgəroğlu Qazax rayonundakı evinin qarşısında bir qrup polis tərəfindən saxlanılaraq həbs edilib. Bu barədə məlumatı redaksiyamıza Cavid Ələsgəroğlunun həyat yoldaşı Nuranə Alırzayeva bildirmişdi. Bu gün qaynarxett.az-ya məlumat verən Nuranə Alırzayeva bildirib ki, onun həyat yoldaşı Cavid Ələsgəroğlu həqiqətən DİN-nin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində saxlanılır və hələlik nə üstə həbs olduğu barədə dəqiq məlumat yoxdur.
Xatirladaq ki, Cavid Ələsgəroğlu 10 ildən artıqdır ki, 7gun.az xəbər portalına rəhbərlik edir. O həm də “7 gun xəbər” qəzetinin təsisçisidir.
Mövzunu diqqət mərkəzində saxlayacağıq.