backend

DAHA BİR JURNALİST HƏBS EDİLDİ

“7gun.az”-ın və “7 gun xəbər” qəzetinin rəhbəri DİN-nin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb



DAHA  BİR JURNALİST HƏBS EDİLDİ



“7gun.az”-ın rəhbəri hüquq, müdafiəçisi Cavid Ələsgəroğlu Qazax rayonundakı evinin qarşısında bir qrup polis tərəfindən saxlanılaraq həbs olunub. Bu barədə redaksiyamıza məlumat verən Cavid Ələsgəroğlunun həyat yoldaşı Nuranə Alırzayevanın bildirdiyinə görə, Bakı-Qazax sərnişin qatarından düşərək yenicə evinə gələn həyat yoldaşını yaşadığı mənzilin qarşısında həbs ediblər: “Heç üst-başıni dəyişməyə belə aman vermədən, Cavidi Qazax rayon polis şöbəsinə apardılar. Mən atamla onun arxasınca şöbəyə getdik. Polis şöbəsindən bizə bildirdilər ki, Cavid Respublika DİN-nin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb və Bakıya aparılacaq. Gün ərzində ondan heç bir məlumat almaq mümkün olmayıb.”
Xatirladaq ki, Cavid Ələsgəroğlu 10 ildən artıqdır ki, 7gun.az xəbər portalına rəhbərlik edir. O həm də “7 gun xəbər” qəzetinin təsisçisidir.
Mövzunu diqqət mərkəzində saxlayacağıq.