“Səbət” marketlər şəbəkəsi müştəriləri aldatmağa adət edib - Fotolar

Sosial 17-04-2017, 12:30
“Səbət” marketlər şəbəkəsi müştəriləri aldatmağa adət edib - Fotolar











Azərbaycanda müştərilər tez-tez supermarketlərdə aldadılır

Bu dəfə “Səbət” market istehlakçıların hüquqlarını pozub.

Belə ki, ərzağın üzərindəki qiymətlə kassada vurulan qiymətin daha fərqli hesablanması ilə bağlı şikayətçi ünvanlanıb.

Kolbasanın üzərindəki qiymətlə kassada verilən qəbzdə fərqli rəqəmlər qeyd olunub. Həmişə olduğu kimi kassadakı qiymət piştaxtada qoyulan ərzaqdan daha bahadır.

Manatın devalvasiyasından sonra bəzi supermarketlərdə ikili qiymətləndirmə prosesi müşahidə edilir.

Yəni malların üzərində olan qiymətlərlə kassa qiyməti üst-üstə düşmür. Bu da alıcını mədəni surətdə aldatmaq lazımdır. Yəni göz başqa qiymət görür, cibdən başqa məbləğ çıxılır.

Ancaq “Səbət”də müştəri aldadılması ilk hal deyil. Ötən shefeq.az saytı oxucu şikayətini dərc edib. Belə ki, Nərimanov rayonunda yerləşən ” Səbət” supermarketindən alınan kolbasanın vitrin qiyməti kassa qiyməti ilə fərqli olub.

Alıcı bu barədə narazılığını bildirsə də, alıcıya ”istəmirsənsə geri qaytara bilərsən” deyə malı geri qaytarmağı məsləhət görüblər.

Ulus.Az-ın verdiyi məlumata görə, Bakıdakı böyük supermarket şəbəkələrinin alıcıları aldatmasıyla bağlı mətbuatda dəfələrlə yazılar dərc olunub.

Yazılarda vaxtı keçmiş məhsulların satılmasından tutmuş, kiflənmiş məhsulların alıcılara təqdim edilməsinə, bağlı qablardakı ərzaqların içindən qurd çıxmasına kimi dəhşətli faktlar yer alıb. Növbəti ağılagəlməz fırıldaq "Səbət” marketlər şəbəkəsində yenə ötən il qeydə alınıb.

Marketdən alınan "Sensodyne” qablaşdırmasının içindən "Colgate” diş pastası çıxıb. Redaksiyamıza müraciət edən istehlakçının sözlərinə görə, marketdən "Sensodyne” diş pastası alıb. Lakin evdə diş pastasının qabını açanda içindən "Colgate” çıxıb.

Məlumat üçün bildirək ki, həmin həcmdə "Sensodyne” 8 manata, "Colgate” isə 2 manata satılır.

"Mən 8 manat verib, "Sensodyne” almışam. Amma baxıram ki, içinə 2 manatlıq diş pastası qoyublar. Bu vaxta kimi bir çox fırıldaq görmüşük.

Bir neçə məhsulların içini dəyişirdilər, keyfiyyətsizliyini açıq şəkildə hiss edirdik, lakin aldadıldığımızı sübut edə bilmirdik. Amma bu dəfəki fırıldaq açıq şəkildə edilib”, - deyə aldanan istehlakçı bildirib.

“Səbət” marketlər şəbəkəsi müştəriləri aldatmağa adət edib - Fotolar

“Səbət” marketlər şəbəkəsi müştəriləri aldatmağa adət edib - Fotolar
Oxunub: 543
OXŞAR MÖVZULAR
loading...
ÇOX OXUNANLAR
SOSİAL ŞƏBƏKƏ
TƏQVİM
«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 


ILK-10