“Makromat”da müştərilər necə aldadılır? - FOTO

Arasdirma 19-04-2017, 17:27
“Makromat”da müştərilər necə aldadılır? - FOTO










“Makromart” marketlər şəbəkəsinin Ziya Bünyadov prospektində (Ayna Sultanova heykəlinə yaxın-red) olan filialından çorək alan müştəri istehlakçı hüquqlarının pozulduğunu qeyd edir:
“Deyilən marketin daxilində çörək və şirniyyat bişirilən sex fəaliyyət göstərir. Onlar bişirdikləri məhsulların satışını da məhz “Makromart”ın sözügedən filialında həyata keçirirlər. Həmin sexdə bişən mayasız, qara “Borodin” çorəyi aldım. Dedilər ki, qiyməti bir manatdır. Çəkisi ilə maraqlandım, satıçı dedi ki, çörəyin üstünə yapışdırılan kağızda var. Baxdım ki, çəki qrafası olan 1 rəqəmi yazılıb. Məntiqlə belə anladım ki, çörəyin çəkisi 1 kilodur. Ancaq çəkdirəndə məlum oldu ki, 370 qramdır. Bu hala etiraz edəndə mənə dedilər ki, bir rəqəmi ədədi əks etdirir. Mən başa düşə bilmirəm, niyə ədədi əks etdirən rəqəm çəki qrafasında yazılır? Bir də ki, ədədi onsuz da müştəri görürsə, niyə çörəyi satanlar çəkini ora qeyd etmək istəmir? Mən bu faktı istelakçıların aldadılması kimi qəbul edirəm və sizin sayt vasitəsilə əlaqədar qurumlardan xahiş edirəm ki, bu qanunsuzluğa və özbaşınalığa əncam çəksinlər”.
Səslənən ittihamla bağlı “Markromart”-ın da mövqeyini dinləməyə hazırıq.


“Makromat”da müştərilər necə aldadılır? - FOTO

“Makromat”da müştərilər necə aldadılır? - FOTO
Oxunub: 333
OXŞAR MÖVZULAR
loading...
ÇOX OXUNANLAR
SOSİAL ŞƏBƏKƏ
TƏQVİM
«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 


ILK-10