backend

Təcili!!! RƏSMİ İRAN İCAZƏ VERDİ: Tehranda ASALA və Daşnaksütyun Türkiyə səfirliyi qarşısına toplaşdı

Təcili!!! RƏSMİ İRAN İCAZƏ VERDİ: Tehranda ASALA və Daşnaksütyun  Türkiyə səfirliyi qarşısına toplaşdı
İranda yaşayan ermənilər bu gün qondarma “soyqırımın” ildönümü ilə əlaqədar Tehranda yerləşən Türkiyə səfirliyi qarşısında aksiya keçiriblər.

Musavat.com sosial şəbəkələrdə yayılan məlumatlara əsasən bildirir ki, bir qrup erməni ənənəvi olaraq əvvəlcə bir kilsəyə toplaşaraq anım tədbiri keçiriblər. Daha sonra isə Türkiyə səfirliyi qarşısına gələrək qrup halında aksiya keçirib, qondarma “soyqırımı” əks etdirən plakatlar qaldırıblar.

Güneyli azərbaycanlılar İran hökuməti tərəfindən aksiyanın azad şəkildə keçirilməsinə izn verildiyi üçün öz etirazlarını bildirib. Nəticədə bir neçə milli-mədəni fəal təhlükəsizlik məmurları tərəfindən tutularaq naməlum istiqamətə aparılıb. Hazırda onların harada saxlanıldığı məlum deyil.
Qeyd edək ki, ermənilər ənənəvi olaraq hər il Osmanlı İmperiyası tərəfindən 1915-ci ildə ermənilərə qarşı törədildiyi iddia olunan qondarma “soyqırım” ilə bağlı bir çox ölkələrdə aksiyalar keçirir, kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə təbliğat işləri aparır, bu iddianın həqiqət olduğunu dünya ölkələrinə, dünyanın bütün nüfuzlu içtimai-siyasi təşkilatlarına sırımağa çalışırlar.


...


Tehranda ASALA və Daşnaksütyun qruplaşmasının tərəfdarları uydurma 24 aprel soyqırımı bəhanəsi ilə Türkiyə səfirliyi qarşısına toplaşmaqdadır.
Azərbaycanlıların bütün etirazına baxmayaraq, belə bir aksiya keçirilərsə, bu milyonlarla Azərbaycan türkünə qarşı təhqir hesab olunacaq və şübhəsiz ki, növbəti etirazlara səbəb olacaq. Ən azı ona görə ki, güney azərbaycanlılar erməni canilərinin ötən əsrin əvvəllərində Urmiyə, Xoy və Salmasda törətdikləri cinayətlərini hələ yaxşı xatırlayırlar.
Bundan öncə Azərbaycan Milli Hərəkat fəalları radikal ermənilərin Tehranda keçirmək istədikləri etiraz aksiyası ilə bağlı ölkə rəhbərliyinə xəbərdarlıq etmişdilər.(Gunaz.tv)