backend

TƏCİLİ: İcra başçılarına ŞAD XƏBƏR - Hələ iiş başındasınız!!!

TƏCİLİ: İcra başçılarına ŞAD XƏBƏR - Hələ iiş başındasınız!!!Azərbaycanda icra hakimiyyəti strukturlarının ləğv edilərək vilayətlərin yaradılması planı müvəqqəti təxirə salınıb

Ulus.Az xəbər verir ki, hökumət bu addımı atmaqda tələsmir və hələ bir müddət İH-lərinin qalacağı gözlənilir. Bu da icra başçılarını rahatlaşdırıb və əvvəlki təşviş hiss olunmur.

Regionlara investorların cəlb edilməsi üçün idarəetməni dəyişmək və sadələşdirmək vacib şərtlərdən biridir.

Prezidentin rayon icra hakimiyyətlərinin başçılarına “investor cəlb etmək” tapşırığının icrası demək olar ki, sıfır səviyyəsindədir.

Hazırkı bürokratik sistem, rayon icra başçılarının korperativ maraqları, ən başlıcası isə iri biznes qruplarının maraqlarını qoruması əlverişli biznes mühitinin formalaşmasını əngəlləyir.

Ancaq hökumət vilayətlərin yaradılması mexanizimini işləyib hazırlamaq üçün vaxt istəyir və bu da İH-lərin işini bir az da davam etdirməsi deməkdir.

Bunun üçün regional idarəetmə qaydaları dəyişməli, bürokratik maneələr aradan qaldırılmalıdır. Ən mühümi isə icra strukturları oliqarxiyanın nəzarətindən çıxarılmalı, birbaşa siyasi hakimiyyətin idarəçiliyinə verilməlidir.

Müəyyən nazirliklər regional idarəetməyə keçib. Bütün nazirliklərin regional idarələrinin yaradılması, sonda isə rayon icra hakimiyyətlərinin ləğvi və Vilayət Administrasiyalarının yaradılması nəzərdə tutulur.

Azərbaycanda 13 vilayətin yaradılması nəzərdə tutulur. Mərkəzi Sumqayıt, Quba, Şamaxı, Şirvan, Lənkəran, Beyləqan, Bərdə, Göyçay, Qəbələ, Yevlax, Gəncə, Şəki, Şəmkir olmaqla 13 vilayət yaradılacaq. Beləliklə, ölkədə Bakı və Naxçıvan MR də daxil olmaqla 15 regional ərazi vahidi olacaq.

Vilayətlərin yaradılmasında bir məqsədi də mərkəzi hakimiyyətin yükünü azaltmaq və regional idarəedicilərin funksiyalarını artırmaq, dövlət xərclərini optimallaşdırmaqdır.