backend

Bir-birinə qoşulub qaçdığı deyilən qızlardan birinin valideyni danışdı: "Yalan məlumatdır"

Bir-birinə qoşulub qaçdığı deyilən qızlardan birinin valideyni danışdı: "Yalan məlumatdır"
















Xəbər verdiyimiz kimi, Gəncədə qızın qızı qaçırması ilə bağlı yayılan xəbərin təfərrüatları məlum olub.

Hadisə heç də təqdim edildiyi kimi iki qızın bir-birinə olan "sevgi"sindən baş verməyib. Qızların ailə üzvlərinin sözlərin görə, yazılanlar həqiqəti əks etdirmir. Aylanın (ad şərtidir) anası qızların bir neçə saat ortada olmadığı üçün polisə müraciət etdiklərini və nəticədən onların tapılaraq ailələrinə təhvil verildiyini deyib:

"Biz bu hadisədən çox narahatıq. Baş verənlər heç də yazılanlar kimi deyil. Yalan məlumatdır. Biz polisə müraciət etdikdən sonra onlar tapılaraq bizə təhvil verilib".

Qeyd edək ki, Azərbaycanda iki qızın bir-birinə qoşulub qaçması ilə bağlı xəbər dərc edilib. Məlumatı ilk olaraq olke.az saytı dərc etmişdi.