backend

Bəylər Eyyubovun DİN-də yüksək vəzifə almış qohumu haqda - İlginc faktlar/ Video

Bəylər Eyyubovun DİN-də yüksək vəzifə almış qohumu haqda - İlginc faktlar/ Video
















Bir neçə gün əvvəl Nəqliyyatda Baş Polis İdarəsinin rəis müavini vəzifəsinə təyinat alan polis polkovniki Rövşən Eyyubovla bağlı maraqlı faktlar ortaya çıxıb

BakiPost.az-ın araşdırması nəticəsində məlum olub ki, R. Eyyubov uzun müddət bu orqanda çalışaraq peşəkar polis olmaqla yanaşı, Azərbaycan musiqi sahəsində də kifayət qədər böyük uğurlara imza atmış şəxslərdəndir.

Belə ki, Rövşən Eyyubov 1993-94-cü illərdə fəaliyyət göstərən "Gəncə” qrupunun üzvlərindən olub. O, həmin dövrün bir çox məşhur mahnılarının həm müəllifi, həm də ifaçısıdır.

Həmin mahnılardan ən məşhuru söz və musiqisi Rövşən Eyyubovun özünə aid olan "Mənə niyə baxmırsan” adlı musiqidir. Bundan başqa o, "İtkin gəlinim”, "İlahə”, "Ayrılmaram”, "Gəncəm”, "Yalan”, "Gəl dedim”, "Ümidimi qopardılar”, "Gəl dedim”, "Ayrılmaram səndən” adlı mahnıları ifa edib. Bu mahnılardan bəziləri "Youtube”da da yerləşdirilib.
Bəylər Eyyubovun DİN-də yüksək vəzifə almış qohumu haqda - İlginc faktlar/ Video

1992-95-ci illərdə tanınmış estrada ulduzu olan R. Eyyubov həm də toylarda da ifa edirmiş.

Sözügedən illərdə peşəkar musiqi ilə məşğul olan hazırki polis polkovniki daxili işlər orqanlarında işə düzəldikdən sonra, musiqi ilə həvəskar kimi məşğul olmağa başlayıb. O, indi də dost, qohum məclislərində ifa edir.

R. Eyyubov musiqi sahəsində fəaliyyətini həvəskar kimi davam etdirsə də, bir neçə il əvvəl çəkilən "Kaş ki, səni sevməyəydim” musiqili serialın ssenari müəllifliyini və bəstəkarlığını edib.



Məlumat üçün bildirək ki, Rövşən Eyyubov Azərbaycan Respublikası xüsusi dövlət mühafizə xidməti rəisinin birinci müavini, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi, general-polkovnik Bəylər Eyyubovun qardaşı oğludur. O, Nəqliyyatda Baş Polis İdarəsinin rəis müavini vəzifəsinə təyin olunmamışdan qabaq Daxili İşlər Nazirliyinin Baş Kadrlar idarəsinin əməkdaşı olub.