backend

Təhsil Nazirliyi TQDK-nın iradlarını nəzərə aldı

Təhsil Nazirliyi TQDK-nın iradlarını nəzərə aldı

2-ci və 3-cü sinif dərslik komplektləri yenidən hazırlanıb.

2014-2015-ci tədris ili üçün 271 adda dərslik və müəllim üçün metodik vəsaitin 7 819 480 nüsxə çapı nəzərdə tutulub.

qaynarxett.az xəbər verir ki, bunu Modern.az-ın sorğusuna cavab olaraq Təhsil Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Nazirlikdən 2-ci və 3-cü sinif dərslik komplektlərinin TQDK-nın rəyləri nəzərə alınmaqla yenidən işlənildiyi vurğulanıb.

“VII sinif dərslik komplektləri isə kurikulum əsasında ilk dəfə hazırlanıb. Digər dərsliklər də rəy və təkliflər nəzərə alınmaqla çapa hazırlanıb”.

Nazirlikdən həmçinin dərsliklərin proqramlarına dəyişikliklər olmadığı bildirilib:

“TQDK-nın bütün rəyləri nəzərə alınıb. VII sinif dərslik komplektləri isə TQDK tərəfindən də qiymətləndirilib və bu qiymətləndirmənin nəticələri tam nəzərə alınıb”.