backend

İcra birmərtəbəli ev üçün 7, ikimərtəbəli ev üçün isə 14 min "haqq" yığır

İcra birmərtəbəli ev üçün 7, ikimərtəbəli ev üçün isə 14 min "haqq" yığır














Ramil Osmanlı: "Sosial statusundan, tutduğu vəzifədən asılı olmayaraq, hamının qarşılaşdığı durumdur"

Bəzi icra hakimiyyətlərinin yarıtmaz fəaliyyəti ilə bağlı etirazlar bitib, tükənmir. belə ki, son zamanlar ölkə vətəndaşlarını narahat edən, hətta onların ciddi narazılığına səbəb olan məsələlərdən biri də Bakı və Bakıətrafı qəsəbələrdə mənzillərin tikilməsi ilə bağlı baş verən qanunsuz "haqq" yığmalardır. Belə ki, əksər icra başçısı onun kurasiyasında olan ərazidə birmərtəbəli ev tikmək üçün 7 min manat, iki mərtəbəli üçün isə 14 min manat qanunsuz "dasqı" qoyub. Əlbəttə, bu kimi dəfələrlə mətbuatın gündəminə gəlib və problemlə bağlı haqlı tənqidlər səsləndirilib. Əfsuslar olsun ki, heç bir nəticə hasil olunmayıb.

belə bir halın mövcud olduğunu söyləyən əmlak məsələləri üzrə tanınmış ekspert Ramil Osmanlı Sherg.az-a deyib ki, bu proses şifahi şəkildə deyil, qanunvericiliyin tələblərinə müvafiq qaydada aparılmalıdır:

"Torpaqda tikiləcək evin, evsiz layihəsi çəkilməlidir. Bu, çəkilərkən qaydalara əməl olunmalıdır. Torpaq sahəsinin çıxarışı olmalıdır. Buna uyğun tikiləcək evin normativlərə uyğun divarlarda ara məsafəsi gözlənilməlidir. Evin hündürlüyü 0,3 əmsalına vurulur və həmin məsafə evin divarı ilə həyətin divarı arasında məsafə gözlənilir. İkinci tərəfdən hündürlük ölçülərinin sıfır səviyyəsindən dam örtüyünün üstünə qədər olan məsafə 12 metri ötməməlidir. Evin aşırımlarının uzunluğu 6 metrdən artıq olmamalıdır. Mərtəbələrin sayı ikidən artıq olmamalıdır.

Əgər bunlar gözlənilirsə, eskiz layihə varsa, torpağın çıxarışı varsa, artıq icra hakimiyyətinə şifahi şəkildə deyil, yazılı ərizə ilə müraciət olunur. Həmin ərizəyə 15 gün müddətində yazılı cavab verilməlidir. Əgər cavab vermirsə, bu, artıq razılaşdırılmış hesab olunur. Etiraz edildikdə isə rəsmi qaydada cavab yazacaq. Rəsmi qaydada yazılan cavabda icra orqanı etiraz etmənin səbəblərini aydınlaşdırırsa, qanunvericiliyə istinad edirsə, problem aradan qaldırılmalıdır. Bunu açıqlamadıqda isə təbii ki, burada icra hakimiyyəti ilə vətəndaş arasında mübahisələrin məhkəmə qaydasında həll olunması zərurəti yaranır”.

R.Osmanlı onu da əlavə edib ki, hazırda bu problem var və hər kəsə aid olan məsələdir:

"Sosial statusundan, tutduğu vəzifədən asılı olmayaraq, hamının qarşılaşdığı durumdur. Bunun aradan qaldırılması yolu qanunvericiliyin tələblərinə, müvafiq prosedura qaydalarına uyğun aparmaqdır”.