Bakıda yaşayış binasında yanğın - 2 xəsarət, 35 təxliyyə...

hadise 17-05-2017, 12:34
Bakıda yaşayış binasında yanğın - 2 xəsarət, 35 təxliyyə...

















Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

Fövqəladə Hallar Nazirliyinin (FHN) saytı xəbər verir ki, Bakı şəhəri, Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 1-ci girişində şaxta boyunca elektrik kabeli 54 p.m, 3-cü və 4-cü mərtəbələrin pilləkan qəfəslərində quraşdırılmış 64 ədəd elektrik sayğacı və şaxtanın plastik qapıları yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 3 nəfər xilas edilib, 35 nəfər təhlükəsiz əraziyə təxliyyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın saat 04:06-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Yanğın nəticədə bina sakinlərindən biri azyaşlı olmaqla iki nəfər tüstüdən zəhərlənərək xəstəxanaya yerləşdirilib.

İlkin ehtimala görə, yanğına elektrik naqillərində baş verən qısa qapanma səbəb olub.

Yanğının dəqiq hansı səbəbdən baş verdiyi araşdırılır.
Oxunub: 472
OXŞAR MÖVZULAR
loading...
ÇOX OXUNANLAR
SOSİAL ŞƏBƏKƏ
TƏQVİM
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 


ILK-10