Prezidentin istefası qaçılmazdır: Rusiya ilə əlaqələr şübhə altındadır

198

Prezidentin istefası qaçılmazdır: Rusiya ilə əlaqələr şübhə altındadır

















Konqresmenlər həyəcan təbili çalır

ABŞ Prezidenti Donald Tramp FTB-nin keçmiş direktoru Ceyms Komidən sabiq milli təhlükəsizlik müşaviri Maykl Flinnin Rusiya ilə əlaqələrini araşdıran təhqiqatı dayandırmasını xahiş edib. Amerikalılara görə, bu addım ədalətin qarşısının alınması və cinayət əməli hesab olunur. ABŞ-ın məşhur "The İndependent” nəşri yazıb ki, Amerika Konqresindəki respublikaçılar özlərini Donald Trampın impiçment oluna biləcəyi varianta hazırlamağa başlayıblar.

Respublikaçı konqresmen Castin Amaş da deyib ki, əgər Trampın FTB direktoru Komiyə təzyiq göstərməsi xəbəri doğrudursa, impiçment prosesinə başlanmalıdır. Xatırladaq ki, bu iki konqresmen Trampın kəskin tənqidçiləridir və seçkidə ona səs verməyiblər.

Hazırda Tramp komandasının Rusiya ilə əlaqələrinə dair araşdırma və Flinn-Moskva münasibətləri ayrı-ayrılıqda araşdırılır. Ağ Ev isə iddia edib ki, Tramp və Komi arasındakı söhbət düzgün əks edilməyib. Məlumat üçün deyək ki, Tramp Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşü zamanı ona İŞİD haqqında yüksək məxfi məlumatlar verib. Halbuki həmin məlumatların paylaşılması qadağan imiş.