backend

Londonda terror: 6 ölü və 48 yaralı (FOTO/VİDEO)

Londonda terror: 6 ölü və 48 yaralı (FOTO/VİDEO)

















Dünən gecə saatlarında İngiltərənin paytaxtı Londonda terror hadisəsi qeydə alınıb.

"Qaynarinfo" "CNN"ə istinadən xəbər verir ki, terrorçular “London-Bric” körpüsündə yük maşınını insanların üzərinə sürüb və daha sonra maşını tərk edərək ətrafdakılara bıçaqla hücum ediblər.

Onlar “London-Bric” körpüsünün yaxınlığında yerləşən “Titos” restoranına soxularaq insanlara xəsarət yetirməyə başlayıb. Daha sonra Boro rayonunda da bazara soxularaq insanları bıçaqlayıblar.

Hadisə nəticəsində azı 6 nəfər dünyasını dəyişib, 3 nəfər terrorçu isə öldürülüb. 48 nəfər insanın yaralandığı bildirilir.

Ölən və yaralananların sayının artacağı ehtimal olunur.

London şəhər polisi bildirir ki, onlara yerli vaxtla 22:08-də məlumat verilib və 8 dəqiqə içərisində keçirilən əməliyyat nəticəsində şübhəlilər vurulub.

Öldürülənlərin kimliyi barəsində hələlik bir açıqlama verməyən London polisi hadisəni bu vaxta qədər heç bir terror qruplaşmasının öz üzərinə götürmədiyini qeyd edib.