backend

“Qaçqınkom”un qorxusu

“Qaçqınkom”un qorxusu

İqtisadi Təhlil İnstitutu idarə heyətinin rəhbəri, iqtisadçı-ekspert Məhəmməd Talıblı mətbuata açıqlamasında bildirib ki, "Qaçqınkom" hər işlə məşğuldur, qaçqınların işlərindən başqa. Bu da onun formal fəaliyyətlə məşğul olmasından irəli gəlir: Beynəlxalq təşkilatlardan alınan milyonlarla qrant layihələri, beynəlxalq maliyyə qurumları ilə geniş imkanlar belə, qaçqınlara bu layihələri görməyi nəsib etmədi . Halbuki bu qədər vəsaitə daha səmərəli işlər görmək olardı. Ona görə də hesab edirəm ki, hökumət bu istiqamətdə səyləri artırmalı, ortada olan vəsaitin sərfəli formada xərclənməsinə çalışmalıdır.
Xarici donorlardan ən yaxşı halda 50-100 min qrant alan Qeyri-Hökumət Təşkilatları vergidən yayınma adı ilə istintaqlarda olduğu halda, beynəlxalq fondlardan on milyonlarla qrant alan Qaçqın və Məcbiri Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bu qədər vəsaitin hara sərf olunduğunu soruşan yoxdur. QHT-lərin qrant alması televiziyaların əsas müzakirə mövzusu olduğu halda, Qaçqın və Məcbiri Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin on milyonlra qrant alması haqqında bir cümlə də deyilmir. Yəqin ki, qaçqın və məcburi köçkünlərin xəbər tutmasından, bu zavvalı insanların ayağa qalxıb haqlarını tələb etməsindən qorxurlar.