backend

Təhsil Nazirliyindən daha bir QADAĞA

Təhsil Nazirliyindən daha bir QADAĞA

Orta məktəblərdə şagirdlərin mobil telefon işlətməsində qadağa qoyulub. azvision.az-ın əldə etdiyi məlumata görə, artıq bununla bağlı Təhsil Nazirliyi tərəfindən orta məktəb direktorlarına, rayon təhsil şöbələrinə müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, bundan öncə Bakı şəhərində 30-dan çox məktəbdə bu qadağa tətbiq edilmişdi. Rayon və digər şəhərlərdə indiyədək şagirdlərin mobil telefon işlətməsinə hər hansı məhdudiyyət yox idi.

Cari ilindən isə orta məktəb direktorlarına tədris prosesinə mənfi təsir edən kənar amilllərin yığışdırılması, şagirdlərin mobil telefonlardan istifadə etməsinin qarşısının alınması tapşırılıb.

Belə bir qərarın verilməsi mobil telefonun tədris prosesinə mənfi təsir göstərməsi zərurətindən yaranıb.