backend

Sarkisyan prezidentlikdən gedir - İrəvanda "at izi it izinə qarışır"

Sarkisyan prezidentlikdən gedir - İrəvanda "at izi it izinə qarışır"
















2018-ci ildə Ermənistanda prezident seçkiləri keçiriləcək. Seçkidən sonra prezident kürsüsündə kimin oturacağı haqda müxtəlif fikirlər səsləndirilir

Ulus.Az A24.Az-a istinadən xəbər verir ki, mövzunu şərh edən politoloq Elxan Şahinoğlu bildirib ki, konstitusiyaya dəyişiklikdən sonra Ermənistanda əsas fiqur baş nazir olacağı üçün prezidentin kimliyi əvvəlki kimi əhəmiyyət daşımır:

“Ermənistanın növbəti prezidentinin kim olacağı əvvəlki illlərdə olduğu kimi o qədər də geniş müzakirə olunmur. Çünki konstitusiya dəyişikliklərindən sonra Ermənistanda başlıca fiqur baş nazir olacaq. İndiki prezident Serj Sərkisyanın da prezident kürsüsündən baş nazir kürsüsünə keçəcəyini porqnozlaşdırmaq olar. Parlamentdəki hakim partiyanın üstünlüyü də buna imkan verir. Prezidenti isə 2018-ci ildə parlament 7 illiyinə seçəcək və yeni prezidentin geniş funksiyaları olmayacaq”.

Bəs prezident kim ola bilər?

Politoloq bildirir ki, hazırda əsas namizəd kimi erməni mətbuatında Konstitusiya Məhkəməsinin sədri Qaqik Arutunyanın adı çox hallanır:

Sarkisyan prezidentlikdən gedir

“Son günlər erməni mətbuatında Konstitusiya Məhkəməsinin sədri Qaqik Arutunyanın ismi çəkilir. 70 yaşlı Qaqik Arutunyan Ermənistan müstəqillik qazandığı illərdə bir neçə ilə baş nazir olub. Keçmiş prezident Levon Ter-Petrosyan Qaqik Arutunyanın kommunist keçmişinə baxmayaraq hökuməti ona etibar edib. Daha sonra o vitse-prezident vəzifəsini daşıyıb. Ancaq 1996-cı ildə vitse-prezidentlik institutu ləğv olunduqdan sonra Qaqik Arutunyan Konstitusiya Mərkəməsinin rəhbəri təyin olunub. O ölkədə tək-tük siyasi fiqurlardandır ki, bütün hakimiyyətlərlə dil tapıb, ona görə də heç bir prezident ona toxunmayıb. İndi də Serj Sərkisyana elə belə fiqur lazım ola bilər ki, gələcək prezident sakitcə onun dediklərini etsin. Ancaq Ermənistanda gələcək illərdə təlatüm baş qaldırsa, sosial gərginlik bir az daha artsa artıq Qaqik Arutunyan Konstitusiya Məhkəməsinin sədri vəzifəsindən fərqli olaraq məsuliyyətdən yaxa qurtara bilməyəcək”.