backend

Bakıda məşhur ticarət mərkəzi yandı - VİDEO + YENİLƏNİB

Bakıda məşhur ticarət mərkəzi yandı -  VİDEO + YENİLƏNİB




















“ASAN Xidmət”in filialı fəaliyyətini müvəqqəti dayandırdı.

AMAY ticarət mərkəzinin binasında baş verən yanğın artıq söndürülüb.

qaynarxett.az-un məlumatına görə, yanğınsöndürənlər alovun yayılmasının qarşısını alıblar. Hazırda hadisə yerində FHN-nin əməkdaşları çalışırlar.

Yanğın nəticəsində “ASAN Xidmət”in ticarət mərkəzinin binasında yerləşən filialına heç bir ziyan dəyməyib.

11:00

AMAY ticarət mərkəzində baş verən yanğının “ASAN Xidmət”in ticarət mərkəzinin binasında yerləşən filialı ilə əlaqəsi yoxdur.

Yanğın binanın ticarət mərkəzinə aid 4-cü və 5-ci mərtəbələrində baş verib.

Bu barədə qaynarxett.az-a “ASAN Xidmət”in mətbuat xidmətinin rəhbəri Anar Hüseynov bildirib.

A.Hüseynovun sözlərinə görə, yanğın hadisəsi ilə əlaqədar, hazırda “ASAN Xidmət”in AMAY ticarət mərkəzinin binasında yerləşən filialının fəaliyyəti müvəqqəti dayandırılıb, xidmətin əməkdaşları binadan təxliyyə olunublar.

Qeyd edək ki, hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

10:46

Xətai rayonu ərazisində AMAY ticarət mərkəzində yanğın başlayıb.

qaynarxett.az xəbər verir ki, hadisə şahidlərindən Axar.az-a verilən məlumata görə, yanğın “ASAN Xidmət”in yerləşdiyi ikinci mərtəbədə baş verib.

Ayrıntılar olacaq.