backend

“Maral”ı kim fahişəxanaya çevirib?

“Maral”ı kim fahişəxanaya çevirib?













Suraxanı rayonunda , Zığ şossesində yerləşən bu restoranın fahişəxana olmasından məgər Suraxanı rayon polis şöbəsinin xəbəri yoxdur?
Dövrümüzün ortaya qoyduğu ən ağrılı problemlərdən biri də qadın alveri və fahişəlikdir. İqtisadi çətinliyi bəhanə gətirən bəzi qadınlar asand qazanc əldə etmək üçün mübarizə aparmaqdansa, bədənini satmağı daha məqbul bilir.
Tutduğu əməlin içtimai mənəvi cinayət olduğunun fərqinə varmadan fahişəliyini gizli, açıq sürdürür. Onların bu əməlinə şərait yaradan bəzi kişilər çörəklərinə haram qataraq özləri də bilmədən cinayət törətmiş olurlar.
Hüquqi savadı olmayan belə qeyrət dağarcıqları şəhərdən nisbətən kənar bir guşədə kafe açıb fahişəxanaya çevirirlər. Azərbaycan cinayət məcəlləsində bu hərəkət əxlaqsızlıq yuvaları saxlama kimi xarakterizə olunur və müxtəlif müddətlərə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd etdiyimiz kimi, bu tip “kafe fahişəxanalar” Bakıda yetərincədir. Onları saxlayan vəya himayədarlıq edən şəxslər kifayət qədər böyük nüfuz sahibləridir. Hansısa qara fəhlənin duxu deyil ki, gizli şəkildə fahişəxana açsın. Bunu gizlətmək, başqa don geyindirmək heçkimə lazım deyil.Adını illər öncəsi eşitdiyimiz “Maral” restoranı hələ də tutduğu nahamar yolla şütüməyindədir. Suraxanı rayonunda , Zığ şossesində yerləşən bu restoranın fahişəxana olmasından məgər Suraxanı rayon polis şöbəsinin xəbəri yoxdur? Necə olur, biz jurnalist olaraq bu barədə məlumat əldə edə bilirik, ancaq polis qardaşlarımız gecə-gündüz müştəri qəbul edib “yola salan” bu obyektdən bixəbər görünür. “Maral” restoranında otaqların sayı hesabı yoxdur. Hər otaqda da iki nəfərlik çarpayı və vanna otağı fəaliyyət göstərir. Dünyanın heç bir yerində restoranlardakı kiçik otaqlara həm də çarpayı qoymurlar. Bizim bildiyimizə görə insan yeməyi oturaq vəziyyətdə həzmi-rabeydən keçir. Uzanıqlı vəziyyətdə yeməyi hələ ki, eşitməmişik.
Apardığımız araşdırmalar zamanı bu otaqların biri cütlüklərə saatı 20-30 manata icarəyə verilir. Əlbətdə cütlük deyəndə heç də şou-biznes duetlərini nəzərdə tutmuruq. “Maral”ın maral kimi xanımlarını demək istəyirik. Çünkü restoranın qırmızıyanaq inzibatçısının bildirdiyinə görə “Maral” motel kimi fəaliyyət göstərir. Lakin onu da etiraf etmək məcburiyyətində qaldıq ki, buna dair heç bir razılaşma yoxdur. Yəni restoranın motel kimi fəaliyyət göstərməsi üçün bir çox sənədlərlə yanaşı, Mədəniyyət və Turizm Nazırliyinin müvafiq lisenziyası olmalıdır. Bu isə yoxdur...
Mövzu davam edəcək.
Növbəti sayımızda oxuyun:
1.Zığ şossesində fəaliyyət göstərən “Maral”restoranında əndazəni aşan əməl sahiblərinin əməllərinin qarşısı niyə alınmır?

2.”Maral”a sahiblik edən Müşfiq adlı şəxs kimdir və o Bakı şəhərində daha hansı əxlaqsız yuvalarına rəhbərlik edir?




4. “Maral”ın daimi “işçisi” olan bir xanımla əməkdaşımızın şok reportajı... və.s