backend

Azərbaycanlı teleaparıcı: Məni fahişə roluna çəkin

Azərbaycanlı teleaparıcı: Məni fahişə roluna çəkin

“İki dəfə intihara cəhd etmişəm”.

-​ İxtisasca hüquqşünas olsanız da, hal-hazırda ayrı-ayrı üç sahəni özünüzdə birləşdirmisiniz - modellik, teleaparıcılıq və aktrisalıq. Özünüzü bu sahələrdən daha çox hansında tapmısınız?

-​ Hər şey modellikdən başladı. Bir müddət model kimi fəaliyyət göstərdim. Günlərin bir günü diş həkimimlə söhbət zamanı ona mahnı bəstələdiyimi dedim. O da məni “Yeni ulduz” mahnı müsabiqəsinin iştirakçılarından olan Nicatla tanış etdi. Dedi ki, mahnılarını ona göstər, bəyənsə, oxusun. Məmnuniyyətlə, qəbul etdim. Bir neçə gündən sonra, Nicatdan mənə zəng gəldi. ANS-də yayımlanan bir rəqs yarışmasının aparıclığını təklif etdi. Sözün düzü, nə deyəcəyimi bilmədim. Həyəcanlı idim. Bircə onu soruşdum ki, niyə axı məhz mən?! Dedi ki, sizin kimi komplekssiz bir xanımda veriliş aparıcılğı əla alınar.

-​ Dediyi kimi oldu?

-​ Elə də oldu. Həmin verilişdən sonra ANS-in rəhbərliyindən təklif aldım. Sözügedən telekanalla bir neçə müddət əməkdaşlıq etdim. Daha sonra Lider və Space telekanalında çalışdım. Hal-hazırda isə ATV- də yayımlanan qiraət yarışmasının aparıcılığını edirəm... O ki qaldı özümü hansı sahədə tapmağıma, düşünürəm ki, bu sahə məhz aktrisalıq oldu. Modellik, teleaparıcılıq, bəlkə də, kriteriyaların, bacarığın və s. işləmək üçün imkan verdiyi sahələrdir.

Bəlkə də, bir məşğuliyyətdir. Amma çəkildiyim ilk film olan “Əzizim Fellini”dən sonra anladım ki, mən məhz aktrisa olmalı imişəm. Bu sahə mənə o qədər doğma, o qədər əziz gəldi ki, sanki, illərdir onu axtarırmışam deyə düşündüm.

- Bəs rejissorlara xitabən hansı rolda çəkilməyinizi demək istəyirsiniz?

-​ Demək istəyirəm ki, məni fahişə roluna çəkin. Bir də narkoman roluna çəkilmək istəyirəm.

- Özünüzü haçansa öldürmək istəmisiniz?

- Olub. Mən orta məktəbi bitirəndə sənədlərimi ali məktəbə həkimlik üzrə vermişdim. Lakin qəbul ola bilmədim. Bax onda iki dəfə intihara cəhd etmişəm. Müxtəlif həblər qəbul etmişdim ki, ölüm, lakin çətinliklə olsa da, sağ qaldım.