backend

Ermənistanda bu gecə hakimiyyət dəyişə bilər - Yerevan ayaqda

Ermənistanda bu gecə hakimiyyət dəyişə bilər - Yerevan ayaqda














Yerevanda patrul xidməti alayının binasını ələ keçirən qiyamçılara dəstək aksiyasına qoşulanlar dağılmağa başlayıblar.
Təşkilatçılar bildiriblər ki, onlar cümə axşamı günü saat 20.00-da yenidən Azadlıq meydanına toplaşacaqlar.
**
Yerevandan sonra Gümrüdə də etirazlar başlayıb. Belə ki, bir neçə saat əvvəl təxminən 3 min adam kortəbii şəkildə şəhərin mərkəzinə toplaşıb.
Etirazçılar Yerevandakı qiyamçıları dəstəklədiklərini bildirirlər. Polis nümayişçilərin yolunu kəsməyə çalışır. Gərginlik son həddə çatıb.
Nümayişçilərin başı üzərində pilotsuz uçuş aparatı dövrə vurur. Artıq nümayişçilərə qarşı polisin odlu silahdan atəş açdığı barədə də xəbərlər gəlməkdədir.
Yerevandakı qiyamçılara dəstək mitinqində isə hakimiyyətə qarşı yeni tələblər irəli sürülüb.
"Biz polis tərəfindən saxlanılan bütün insanların azadlığa buraxılmasını, prezident Serj Sarkisyanın isə istefa verməsini tələb edirik”, - deyə mitinq iştirakçılarından biri bildirib.
Polis isə zəbt olunmuş post-patrul alayının ətrafına əlavə qüvvələr cəlb edib.
Burada da nümayişçilərin başı üzərində pilotsuz uçuş aparatı dövrə vurur.
Polis isə bütün vasitələrlə mitinqi dağıtmaq istəyir. Bir az əvvəl podpolkovnik Ayvazyan irəli çıxıb onlardan küçəni boşaltmalarını tələb etdib. Amma cavabında nümayişçilər onu fitə basıblar.
Virtualaz.org