backend

Rüşvət aldığı deyilən DYP əməkdaş ilə bağlı yeni məlumat

Rüşvət aldığı deyilən DYP əməkdaş ilə bağlı yeni məlumat














Ötən gün sosial şəbəkələrdə yayımlanan DYP-nin Salyan postunda sürücü ilə polisin söhbətləşməsini əks etdirən video ilə bağlı yeni fakt ortaya çıxıb.

Bakı-Salyan yolunda çəkilən görüntülərdə 99-YP-925 nömrəli yol polisi sürücünü saxlayır. Görüntülərdə sürücü DYP avtmobilinə yaxınlaşaraq polislə qısa ünsiyyətdə olur.

AZXEBER.COM-un əldə etdiyi məlumata görə, sözügedən videodan sonra araşdırma başlanılıb. Araşdırmada rüşvət aldığı iddia olunan DYP əməkdaşı ilə sürücünün avtomobildə olan görüntüləri incələnib. Nəticədə əslində sürücünün polisə yaxınlaşaraq öz avtomobilindəki radarlar və cərimələr haqqında məlumat soruşduğu məlum olub.

Araşdırma nəticəsində polislə vətəndaş arasında heç bir neqativ halın baş vermədiyi ortaya çıxıb.

Qeyd edək ki, sözügedən görüntülərdə DYP əməkdaşının sürücüdən rüşvət aldığı iddia olunmuşdu.