backend

Bu ölkədə insanlar zooparkdan heyvanları oğurlayıb yeyir

Bu ölkədə insanlar zooparkdan heyvanları oğurlayıb yeyir














İqtisadi və siyasi böhran, aclıqla mübarizə aparan Venesuela barədə şok iddia irəli sürülüb.

Zulia bölgəsində zooparkdan heyvanlar oğurlanıb. Heyvanların qida məqsədilə aclıq çəkən insanlar tərəfindən oğurlandığı ehtimal edilir. Bu fikirləri polis işçisi Luiz Morales səsləndirib. Zoopark müdiri Leonardo Nunez isə indiyə qədər təxminən 10 növ heyvanın oğurlandığını və cinayətin narkotik satan qruplar tərəfindən, kəsib satmaq məqsədilə törədildiyini deyib.

Qeyd edək ki, ölkədəki aclıq insanlardan əlavə heyvanlara da öz təsirini göstərib. Ötən il zooparklarda 50 heyvan aclıqdan ölüb.

Venesuela prezidenti Nikolas Maduro isə insanların zooparklardan heyvan oğurlayıb yeməsi faktını inkar edib və ölkədəki iqtisadi böhrana görə müxalifəti və hadisələrə müdaxilə etməyə cəhd edən rəsmi Vaşinqtonu günahlandırıb.