backend

Könül Kərimova əsəbləşdi: "Zəhmət çəkib oğul böyüdürəm, bəhrəsini görməyə ixtiyarım yoxdur ki?" - FOTO

Könül Kərimova əsəbləşdi: "Zəhmət çəkib oğul böyüdürəm, bəhrəsini görməyə ixtiyarım yoxdur ki?" - FOTO














Müğənni Könül Kərimova oğlu üçün qız axtarır. Oğlu ilə birlikdə yaşayacağını deyən müğənni Milli.Az-a bunları bildirib:

"Mən çalışacağam ki, gəlinimi övladım kimi qəbul edim. Çünki o da bir ananın balasıdır. Hələ ortalıqda heç nə yoxdur yaxınlarım mənə deyir ki, gəlinindən ayrı yaşa. Deyirəm ki, niyə? Nəyə görə ayrılmalıyam ki? Mənim bir oğlum var, bütün arzularım da onunla bağlıdır. Neçə illərdir zəhmət çəkib, oğul böyüdürəm, bəhrəsini görməyə ixtiyarım yoxdur ki? Mən ona layiq qayınana deyiləm ki, gəlin bir stəkan çay gətirib qoysun qabağıma? Biz onlar üçün çalışırıq. Belə olur ki, axırda valideynlər qocalar evinə düşür".