backend

Təcili!!! "TURAN"ın BAŞ DİREKTORU həbs olundu - QƏRAR (YENİLƏNDİ)

Təcili!!!  "TURAN"ın BAŞ DİREKTORU həbs olundu - QƏRAR (YENİLƏNDİ)

“Turan” informasiya agentliyinin baş direktoru Mehman Əliyevin barəsində həbs qətimkan tədbiri seçilib.
Publika.az xəbər verir ki, Yasamal rayon həhkəməsinin hakimi Azər Tağıyev prokurorluğun təqdimatını təmin edib və Mehman Əliyevin barəsində 3 ay müddətinə qətimkan tədbiri seçilib.

***
“Turan” informasiya agentliyinin baş direktoru Mehman Əliyevə üç maddə ilə ittiham verilib.
Publika.az xəbər verir ki, ona Cinayət Məcəlləsinin 213.1 (vergidən yayınma) və 308.1 (vəzifədən sui-istifadə) və 192.1 (qanunsuz sahibkarlıq) maddələri ilə ittiham irəli sürülüb.
Mehman Əliyevin barəsində həbs-qətimkan tədbirinin seçilməsinə dair prokurorluq Yasamal Rayon Məhkəməsinə təqdimat verib.
Mehman Əliyev barəsində qətimkan tədbiri seçilməsi üçün sözügedən məhkəməyə aparılıb.

Qaynarxett.az