backend

TƏCİLİ!!! Bu nə deməkdir, biz nə istəyirik...? - Rəsmi Bakının mübhəm susqunluğu...

TƏCİLİ!!! Bu nə deməkdir, biz nə istəyirik...? - Rəsmi Bakının mübhəm susqunluğu...
Rusiya – Amerika münasibətlərinin gərginliyi Ermənistana təsir edirmi?


”Radio Svoboda”nın bu sualına ABŞ-ın Ermənistandakı səfiri Riçard Millz cavab verib ki, “Ermənistan ABŞ, Rusiya, İran və Avropa Birliyi ilə balanslaşdırılmış siyasət aparır və Amerika istəməz ki, hansısa əməkdaşlıq erməni tərəfi zərbə altına salsın. Biz Ermənistana müvafiq alətlər toplusu təqdim etmək istəyirik ki, o müstəqil qərarlar qəbul edə bilsin”.

R.Millz əlavə edib: ”Erməni kontingentinin NATO təlimlərində iştirakı çox uğurlu siyasətdir, KTMT üzvülərindən yalnız Ermənistan NATO təlimində iştirak edib və təlimlərin tibbi xidmətini təmin etməklə bu tədbirə öz töhfəsini verib”.

Səfirin sözlərindən məlum olub ki, ABŞ Ermənistanla hərbi əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. 2002-ci ildən bəri Amerika Ermənistana 49 milyon dollarlıq hərbi məhsullar - radio rabitə sistemləri, tibbi avadanlıq və sairə verib. Bu müddətdə ABŞ həmçinin 7,5 milyon dollar ayıraraq 200 erməni hərbçisinin təhsil almasını təmin edib.
TƏCİLİ!!! Bu nə deməkdir, biz nə istəyirik...? - Rəsmi Bakının mübhəm susqunluğu...
Minsk qrupunun keçmiş amerikalı həmsədri R.Hoqlandın iki gün əvvəl Dağlıq Qarabağ konfliktinin həll edilməsi yolları barədə bəyanatı Ermənistanda gərginlik yaratdığından Amerika səfirinin sual yağışına tutulması və iki dövlət arasındakı münasibətlərin səviyyəsinə dair sorğular təbii qarşılanmalıdır. Səfirin diplomatik cavablarla aranı yumşaltması da doğrudur. Təəssüf ki, Azərbaycan XİN və ümumiyyətlə, bütün siyasi qüvvələr Hoqlandın simasında, ABŞ-ın irəli sürdüyü bu ciddi məsələni sükutla qarşıladılar. “Maraqlıdır, Azərbaycanın rəsmi şəxsləri, qurumları və informasiya resursları bu fürsəti niyə lazımınca dəyərləndirmir? Xarici işlər naziri E.Məmmədyarovun çox səthi və ehtiyyatlı açıqlaması xaricində demək olar ki, sanballı mövqe nəzərə çarpmır”. ( N.Məmmədli).

E.Məmmədyarov da faktiki olaraq Hoqlandın fikirlərini yox, Nalbandyanın bu fikirlərə münasibətini şərh edib:
”Əgər Ermənistan hesab edirsə Hoqlandın irəli sürdüyü prinsiplər yeni deyil və onu qəbul edir, o zaman detalları müzakirə etmək üçün predmetli danışıqlara başlamaq vacibdir”. Bu təklifi “Madrid prinsipləri”nin davamı kimi qiymətləndirənlərin dediyində həqiqət olsa da yeni termini də görməliydilər ki, Dağlıq Qarabağın statusunun razılaşdırılması müddətsiz olaraq gələcəyin ixtiyarına buraxılır. ”Madrid prinsipləri”ndə bu razılaşmanın referendumla həll olunması birmənalı göstərilib və bu Azərbaycanı qane edə bilməz.

Azərbaycanın ərazi bütövlüyünü qoruyan bu təkliflərə heç bir reaksiya bildirilmədi. Niyə? Çünki Amerikanın təklifini Rusiya qəbul etmir və ABŞ diplomatının bu təkliflərinin Putinlə Sərkisyanın görüşdüyü gündə açıqlanmasını hətta erməni ekspertlər təsadüf hesab etmirlər. Belə çıxır ki, ABŞ-ın mövqeyinin dəstəklənməsi Rusiyanın narazılığına səbəb ola bilər, o mövqe Azərbaycanın maraqlarına uyğun gəlsə belə Rusiyadan çəkingənlik imkan vermir ki, Amerika təklifləri müzakirə olunsun. Bunun başqa adı yoxdur. Bu təklifi Rusiya tərəfi versəydi (bilirik ki, real olaraq heç vaxt Rusiya bu addımı atmaz) az qala bayram edər, qələbədən danışardılar. Amerika Dağlıq Qarabağ konfliktinin ədalətli həllini irəli sürür: yeddi rayon qayıdır, qaçqınlar Dağlıq Qarabağ da daxil olmaqla yerlərinə dönür, birgəyaşayış nəticəsində yekun statusun qarşılıqlı anlaşma yolu ilə müəyyənləşir. Yəni konfliktin mərhələli həlli. Reaksiyamız yoxdur. Bu nə deməkdir? Nə istəyirik? Rusiya sülhməramlı adı altında qoşunlarını yenidən Azərbaycanda yerləşdirmək üçün yalnız 5 rayonun mərhələli qayıdışını, Kəlbəcər və Laçın rayonlarını da Dağlıq Qarabağa verməklə statusunun uzun müddətə razılaşdırılmasını istəyir. Rusiya Cənubi Qafqazı təsir altında saxlamaq üçün məsələni sonadək həll etmək niyyətində deyil. Hansı maraqlar milli maraqlardan üstün ola bilər ki, Qarabağ konfliktinin xeyrimizə həll olunması imtinaya səbəb olsun və ya Rusiya Azərbaycan dövlətini hansı təzyiq altında saxlayır, nəyə təhlükədir və o “nə” ümummilli marağımızdan niyə üstündür? Bir gün Amerika mövqeyini dəyişib əleyhimizə olan təklif versə etiraz da edə bilməyəcəyik. Yaxşılığı qəbul etməyib, pisə də etiraz edəni ciddi qəbul etməyəcəklər - nə millət olaraq, nə də dövlət olaraq...

Danışıqların detalları təbii ki, səlahiyyətli məmurlarımıza daha dəqiq məlumdur. Elə isə çıxın bu xalqa izah edin ki, nə yaxşıdır, nə pis.

İlham İsmayıl