backend

Neft məhsullarının ixracı artıb

Neft məhsullarının ixracı artıb






















Xam neftin, təbii qazın və elektrik enerjisinin ixracı isə azalıb.

Sayğac göstəriciləri əsasında cari ilin səkkiz ay ərzində 22,79 mln. ton xam neft ixrac olunub.

O cümlədən, Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə 18,65 mln. ton, Supsa boru kəməri ilə 2,82 mln. ton, Şimal boru kəməri ilə 0,68 mln. ton və dəmiryol nəqliyyatı ilə 0,63 mln.ton. neft ixrac olunub.

qaynarxett.az xəbər verir ki, bu, Dövlət Gömrük Komitəsinin 2014-cü ilin yanvar-avqust ayları üzrə hesabatında deyilir.

DGK-nın məlumatına görə, sayğac göstəriciləri əsasında cari ilin yanvar-avqust aylarında qaz-kondensatı (BTC boru kəməri ilə) – 1,46 mln.ton, təbii qaz – 5 475 mln. kubmetr, elektrik enerjisi – 217 144,7 min kVt/s ixrac olunub.

Hesabatda həmçinin gömrük bəyannamələri üzrə xam neft, neft məhsulları, təbii qaz və elektrik enerjisinin ixracı üzrə məlumat verilib.

Belə ki, xam neft – 16,03 mln. ton (13,13 mlrd. ABŞ dolları), neft məhsulları – 1,21 mln.ton (867 mln.ABŞ dolları), təbii qaz – 1 324 589 min. kubmetr (225,24 mln. ABŞ dolları) və elektrik enerjisi – 395 mln. kVt/s (19,25 mln. ABŞ dolları) ixrac olunub.

Bu da ötən ilin yanvar-avqust ayları ilə müqayisədə göstərir ki, xam neftin – 3,6%-ə, təbii qazın - 39,8%-ə və elektrik enerjisinin – 20,9%-ə ixracı azalıb, neft məhsullarının isə – 8,4%-ə artıb.