backend

İcra başçısının yalan vədləri Laçın uşaq FK sahibsiz qoyub - klubun rəhbəri prezidentən kömək istəyir

İcra başçısının yalan vədləri Laçın uşaq FK sahibsiz qoyub - klubun rəhbəri prezidentən kömək istəyir

Azərbaycan çempionatının azyaşlılar liqasında mübarizəyə hazırlaşan "Laçın uşaq futbol klubu" böhranlı dövrünü yaşayır. Əldə edilən məlumata görə, hazırda klubun nə bazası, nə də düz-əməlli stadionu var. Həmçinin, heç bir maddi dəstəyi də yoxdur.

Əvvəllər Abşeron rayon icra başçısı olmuş Zakir Fərəcov yenə nəsə edirdi. Amma Laçının indiki icra başçısı Aqil Nəzərli kluba heç bir qayğı göstərilmir. Laçın rayon İdman və Gənclər idarəsinin müdiri rayon rəhbərinin adından söz versədə sözünü tutmadı. İdman rəisinin sözünə görə nə icra başçısı nədə ki, onun böyük imkanları olmamasını dedyir. Və yalançı vədlərlə klub üzüvlərini ged, gələ salıb. Klubun rəhbəri, həmdə texnik direktorunun verdiyi açıqlamaya görə, Laçın FK cəsarətli futbolçuları ilə bərabər klubu canlandırmağa çalışsaq da buna müyəssər ola bilmədiklərini deyir. Klubun rəhbəri öz açıqlamasında daha sonra bildirib ki, dəstək üçün dəfələrlə Laçın icra hakimiyətinə üz tusaqda əliboş qalmışıq. İcra başçısı Aqil Nəzərli "Laçın" FK-nın heyyətinə dəfələrlə yalan vədlər verdiyi üçün, onlar bu gün sahibsiz məhəllə komandaları kimi qapılarda qalıb. Bir neçə gündən sonra çenpionata çıxan klubun heyyətində çox ciddi problemlər yaşanır. İmkanlı şəxslərin də qapısından əliboş qayıdan rayon futbolçuları bu üzdən gündüzlər müxtəlif sahələrdə çalışır, axşamlar isə məşqlərə qatılırlar. Görəsən, vaxtilə gözəl oyunları ilə seçilmiş Laçın futbol klubunu kimsə bu bataqlıqdan çıxarmağa çalışacaqmı deyə klub rəhbəri vurğulayıb...

Klub rəhbəri əməkdaşımıza daha sonra onuda bildirib ki, "bir neçə qrupdan ibarət olan "Laçın uşaq futbol klubu" Laçının bizə yadigarıdı gəlin hamımız bu körpələrə sahib çıxaq. Bir gün onlar da QARABAĞ FK kimi ölkəmizin uğurlarına imza atar. Qan yaddaşımız LAÇINIMIZI təmsil edib dünyaya tanıdar.

Bütün çətinliklərə dözüb, klubu zirvələrə apara biləcəyini deyən Laçın FK-nın qurucusu, hər zaman idmana qayğı ilə yanaşan Prezident İlham Əliyevə və 1-ci vitse-prezident Mehriban xanım Əliyevaya saytımız vasitəsilə müraciət edərək kömək istəyir...

Mövzu diqqətimizdədi