backend

Raci Səfərov YAZILANLARA reaksiya verdi: YALAN ƏYAQ TUTAr ANCAQ YERİMƏZ!

Raci Səfərov  YAZILANLARA reaksiya verdi: YALAN ƏYAQ TUTAr ANCAQ YERİMƏZ!

Agcəbədi maaliyyə idarə rəisi büdcə pullarının xımır-xımır yeyilməsi üzrə peşəkar maliyyəçidir.

Qaynarxett.Az-a rayon sakinlərinin verdiyi məlumatda iddia olunur ki, yeni idarə rəisi bir il ərzində kifayət qədər planı doldura bilib.

Raci Səfərov həm icra hakimiyyətindəki maxinasiyalara dost əlini uzadıb, həm də özü yeyintilərdə ən yüksək səviyyədə fərasətlidir.

Bu da rayonda özbaşınalıq etmək istəyən və büdcə pullarını mənimsəyən məmurların işinə yarayır. R.Səfərovun fəaliyyəti onları ikiəlli qane edir.

Əslində, Raci Səfərov maliyyə idarəsinin rəis müavini işlədiyi dönəmdən Ağcabədidəki idarə müdirlərinin yaxın dostu olub. O zaman rəis vəzifəsində Xosrov Nəsirov idi və fəaliyyətində yetərincə neqativ hallar aşkarlanmışdı.


Maliyyə Nazirliyi onun korrupsiya əməllərinin olmasına görə vəzifəsindən kənarlaşdırmışdı. Ancaq nazirlik hansısa islahata getmədi. Elə onun yerinə müavini olmuş R.Səfərov gətirildi.

Bəzi iddialara görə, X.Nəsirovun "vurulmasında” R.Səfərovun da rolu olub. Müavin onun postuna göz dikdiyi üçün rəisi sıradan çıxara bilib.

Üstəlik, Nəsirovun yeyinti faktları barədə Səfərovun əlində müfəssəl bilgilər vardı. Onların nazirliyə dosye şəklinə təqdim olunduğu bildirilir.

Rəis müavini özü haqda elə rəy formalaşdırıb ki guya bu əməliyyatlarda iştirakı olmayıb. Ağcabədidəki məmur klanı da onu müdafiə edib və rəis gətirilməsinə dolayısı ilə dəstək verib.

Qaynarxett.Az-a daxil olan məlumatda iddia edilir ki, indi həmin məmurlar da, rəis də zəhmətinin bəhrəsini "yeyir”.

R.Səfərov bu gün də həmin əməllərini davam etdirir. O da deyilir ki, maliyyə rəisi işini bilən peşəkar kadrdır və maxinasiyaların necə həyata keçirilməsini gözəl bilir.

Onu da deyək ki, Ağcabədi rayon maliyyə idarəsinin keçmiş müdiri Xosrov Nəsirov otuz ildən artıq idi bu sahədə çalışırdı. Bir neçə nazir və 10-dan artıq icra başçısı ilə işləyib. Amma onu maliyyə pozğunluğuna sövq etdilər və sonra yoxlama keçirib işdən azad etdilər.

Belə ki, dövlət başçısının abadlıq və sosial obyektlərin tikilişi üçün ayırdığı maliyyə vəsaitləri başqa üsullarla mənimsənilirdi.

Qaynarxett.az-a məlumat verən mənbə qeyd edir ki, Maliyyə naziri Samir Şərifovun onun hərəkətlərində xəbərdar olub-olmadığı haqda səhih bilgi yoxdur. Ancaq R.Səfərovun büdcə təşkilat rəhbərlərinə təzyiqi geniş vüsət alıb. Mənbə bildirir: "Hər bir idarədəki "ölü can"lar üçün Raci Səfərov öz hesabını alır. Lazım olanda isə büdcə təşkilatlarına ayrılan əlavə vəsaiti kəsməklə, bağlamaqla idarə müdirinin "belini qırır"".

Məhz bu cür metodlarla büdcə rəhbərlərini daimi təzyiq altında saxlayan Raci Səfərov onlar üçün qorxulu kabusa çevrilib. Amma hara qədər?.. Bunu isə hörmətli Samir Şərifov daha yaxşı bilir.

İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...

REDAKSİYADAN: Əməkdaşımız Ağcabədi rayon maliyyə idarəsinin rəisi Raci Səfərovla telefon əlaqəsi saxlayıb qeyd olunan faktlara münasibətin öyrənib. Raci Səfərov bildirdi ki, yazıda göstərilən faktlar həqiqətə uygun deyil, tamamilə səhvdir. Belə ki, rayonda kicik bir qurp adamlar var ki, belə şər və böhtan dolu ərizələrlə aidiyyatı qurumları narahat edirlər. Əlləri hər yerdən üzüləndə üz tuturlar qəzet redaksiyalarına, sayıtlara. Bir daha bildirirəm ki, gostərilən faktlar şər və böhtandan ibarətdir. BELƏ CIZMZ-QARA SAHİBLƏRİNƏ XATIRLATMAQ İSTƏYİRƏM Kİ, YALAN ƏYAQ TUTSA DA YERİMƏZ!

Qaynarxett.Az